Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / ADNSU-nun üç ixtisası Avropa standartlarına uyğun ixtisaslar olaraq akkreditasiya olunub

ADNSU-nun üç ixtisası Avropa standartlarına uyğun ixtisaslar olaraq akkreditasiya olunub

25.01.2017 [08:32]

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tədris olunan üç ixtisas - bakalavr səviyyəsində “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “Elektroenergetika mühəndisliyi”, magistratura səviyyəsində isə “Enerji menecmenti” (neft sənayesində) ixtisasları Avropa Standartlarına uyğun ixtisaslar olaraq akkreditasiya olunub. Bu qərar 16 yanvar 2017-ci il tarixində Almaniyanın Təhsil Proqramları üzrə Akkreditasiya Agentliyi (ASİİN) və Mühəndislik üzrə Akkreditasiya üçün Avropa Şəbəkəsi (ENAEE) tərəfindən verilib. ADNSU-da tədris olunan bu üç ixtisasın Avropa Standartlarına uyğun sayılaraq akkreditasiya olunması Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Azərbaycan üçün mühəndis təhsilində tədris prosesinin Boloniya prosesinə uyğunlaşdırılması” 516678 TEMPUS-1-2011-DE-TEMPUS - JPCR layihəsi çərçivəsində aparılmış işi sayəsində mümkün olub.

Paylaş:
Baxılıb: 591 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31