Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yevlaxda 2 fevral - Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Yevlaxda 2 fevral - Gənclər Günü münasibəti ilə tədbir keçirilib

03.02.2017 [09:49]

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı, Yevlax şəhər Mədəniyyət Həmkarları təşkilatı və Yevlax Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə Yevlax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qənimət Qaraşov açaraq gəncləri təbrik edib. Natiq əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasəti haqqında ətraflı danşaraq, ölkəmizdə gənclər üçün hər cür şəraitin yaradıldığını bildirib.
Tədbirdə həmçinin YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev, YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova, Gənclər Birliyinin sədri Ariz Mikayılov və başqaları çıxış edərək əlamətdar gün münasibəti ilə gəncləri təbrik edib, Yeni Azərbaycan Partiyasının gənclər üçün reallaşdırdığı tədbirlərdən söz açıblar. Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin yüksək qayğı və diqqəti sayəsində bu gün ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən Yevlaxda da gənclər məsul vəzifələrə irəli çəkilir.
Sonda partiyanın həyata keçirdiyi işlərdə, həmçinin rayonun ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup gənc YAP Yevlax rayon təşkilatı və Yevlax Gənclər İdman İdarəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Paylaş:
Baxılıb: 629 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31