/ / Azərbaycanın və Səudiyyə Ərəbistanının jurnalistləri medianın İslam həmrəyliyinin gücləndirilməsindəki rolundan danışıblar
Azərbaycanın və Səudiyyə Ərəbistanının jurnalistləri medianın İslam həmrəyliyinin gücləndirilməsindəki rolundan danışıblar
09.02.2017 [08:53]
Səudiyyə Ərəbistanı Krallığında səfərdə olan Azərbaycanın bir qrup jurnalistindən ibarət nümayəndə heyəti “əl-Cəzirə” qəzetinin redaksiyasında nəşrin baş redaktoru Xalid əl-Malik və digər əməkdaşlar ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, “əl-Cəzirə”nin baş redaktoru qəzetin 50 ildə keçdiyi inkişaf yolu, Azərbaycana səfərləri barədə danışıb, ötən ilin oktyabrında Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransında iştirak etdiyini diqqətə çatdırıb. O, bu platformanın İslam ölkələri ilə bağlı doğru, dəqiq informasiyaların yayılması işinə daha geniş imkan yaradacağını vurğulayıb.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycanda senzuranın ləğvindən sonra medianın sürətli inkişafından, KİV-lərə dövlət dəstəyindən danışıb, ölkəmizdə mövcud olan multikulturalizm mühiti barədə ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir: “Prezident İlham Əliyev 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edib. Bu il ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bütün bu təşəbbüslər İslam dünyasında həmrəyliyin və əməkdaşlığın inkişafına xidmət edir.
Ermənistanın Azərbaycana hərbi təcavüzünün səbəb və nəticələrindən bəhs edən H.Babaoğlu vurğulayıb ki, İslam ölkələri jurnalistlərinin birliyi və həmrəyliyi indi həmişəkindən daha aktual və vacibdir. Çünki son illərdə dünyanın bir çox yerlərində, xüsusilə də İslam ölkələrinin bir çoxunda siyasi-iqtisadi təbəddülatlar, terror hücumları, hərbi toqquşmalar baş verir. Bütün bunlar təkcə münaqişə gedən ölkələr üçün deyil, həm də bütövlükdə region üçün ciddi təhlükə törətməkdədir. İslam ölkələrinin peşəkar jurnalistlərini, aparıcı xəbər agentliklərini, beynəlxalq və regional media təşkilatlarını bir araya toplayacaq İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılması təşəbbüsü də Azərbaycana məxsusdur. Bu qurum qloballaşan dünyada İslam aləminin üzləşdiyi yeni təhdidlərə qarşı mübarizədə birlik və həmrəyliyə nail olmağın yollarını tapmağa imkan verən nüfuzlu platformaya çevriləcək”.
Görüşdə medianın cəmiyyətin inkişafında, ölkələr arasında əlaqələrin genişləndirilməsində, sivilizasiyaların dialoqunda, İslam dünyasında həmrəyliyin gücləndirilməsində rolu ətrafında geniş müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49

