/ / Nə xoş haldır ki, bu gün ölkədə vətənpərvər gənclik yetişir və bu tarixi faciəni həm unutmur, həm də unutdurmur
Nə xoş haldır ki, bu gün ölkədə vətənpərvər gənclik yetişir və bu tarixi faciəni həm unutmur, həm də unutdurmur
23.02.2017 [10:02]
1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı faciəsi hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur.
Xocalı soyqırımının törədilməsi bir daha göstərdi ki, Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərin əsl mahiyyəti vəhşilikdir, cinayətkarlıqdır. İşğalçı Ermənistanın təcavüzkar siyasəti təkcə Xocalı faciəsi zamanı deyil, bütün tarix boyu Azərbaycana qarşı davam etmişdir.
Xocalı soyqırımına hüquqi-siyasi qiymət məhz Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda siyasi hakimiyyətə gələndən sonra verilib. Belə ki, Ulu öndərimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Ümummilli liderin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində bütün lazımi addımları atır. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir ki, bu gün Xocalı faciəsini soyqırımı kimi tanıyan dövlətlərin sayı artır.
Bir sözlə, erməni vəhşiliyinin dünyada ifşa olunması istiqamətində dövlətimiz tərəfindən olduqca vacib işlər həyata keçirilir. Bunlar Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun yüksəldilməsi, onlara tarixi həqiqətlərin aşılanması baxımından vacibdir. Sözügedən soyqırımının qurbanları nəinki təkcə Xocalı faciəsinin ildönümü zamanı, eyni zamanda, bütün il ərzində ölkə vətəndaşları, ölkəmizə təşrif buyuran xarici ölkə vətəndaşları, həm də rəsmi şəxslər tərəfindən anılır, onların xatirəsi ehtiramla yad edilir.
Nə xoş haldır ki, bu gün ölkədə vətənpərvər gənclik yetişir və bu tarixi faciəni həm unutmur, həm də unutdurmur. Azərbaycanın vətənpərvər gəncliyi istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda Xocalı soyqırımının tanıdılması istiqamətində mühüm işlər görür və bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirərək, erməni cinayətlərinin ifşa olunmasına çalışacağıq.
Əli PƏNAHOV
Yeni Azərbaycan Partiyası Gənclər
Birliyinin sədr müavini, ofisinin rəhbəri
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

