/ / "Azərbaycanda torpaq kadastrı sisteminin təkmilləşdirilməsi" layihəsinə dair razılaşma imzalanıb
"Azərbaycanda torpaq kadastrı sisteminin təkmilləşdirilməsi" layihəsinə dair razılaşma imzalanıb
24.06.2009 [12:27]
Dünən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında “Azərbaycanda torpaq kadastrı sisteminin təkmilləşdirilməsi” layihəsinə dair qrant razılaşması imzalanıb.
Sənədi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov və Koreya Respublikasının ölkəmizdəki səfiri Lü Kvanq çul imzalayıblar.
Bu münasibətlə keçirilən mərasimdə DTXK-nin sədri Qərib Məmmədov çıxış edərək deyib ki, 2006-cı ilin mayında Koreya Respublikasının Prezidenti Ro Mu Hyun ölkəmizə, 2007-ci ilin aprelində isə Azərbaycan Prezidenti İlham Əliyevin Cənubi Koreyaya səfərləri zamanı dövlətlərimiz arasında geniş sahələri əhatə edən bir sıra vacib sənədlər imzalanıb. Dünyada iqtisadi sahədə möcüzələr yaratmış bir ölkənin Azərbaycana etibarlı tərəfdaş kimi baxmasının səbəblərindən danışan Q.Məmmədov bildirib ki, tariximizə “Heydər Əliyev torpaq islahatı” kimi düşən, beynəlxalq aləm, o cümlədən, Koreya Respublikası tərəfindən yüksək qiymətləndirilən torpaq islahatları dost dövlətin diqqətini cəlb edib.
2007-ci ildən başlayaraq DTXK ilə Koreyanın Kadastr Planalma Korporasiyası (KCSC) arasında əlaqələrin yarandığını bildirən Q.Məmmədov bu qurumun beynəlxalq nüfuzundan söhbət açıb və deyib ki, iş proseslərinin standartlara uyğunluğu barədə İSO 9001 (Standartlaşma üzrə Beynəlxalq Təşkilat) sertifikatına malik olan KCSC indiyədək Koreya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (KOİCA) dəstəyi ilə Mərakeş, Laos, Kamboca, Monqolustan kimi ölkələrdə bir çox layihələr həyata keçirib. ölkəmizlə Koreya tərəfi arasında aparılan geniş fikir mübadiləsi, hər iki dövlətin bu sahə üzrə mütəxəssislərinin qarşılıqlı səfərlərinin nəticəsi olaraq “Azərbaycanda torpaq kadastrı sisteminin təkmilləşdirilməsi” layihəsinin həyata keçirilməsinin zəruriliyi barədə razılıq əldə edilib və 2008-ci ildə dost ölkənin geniş tərkibli nümayəndə heyətinin Bakıya səfəri zamanı həmin layihəyə dair Anlaşma Memorandumu imzalanıb.
DTXK-nin sədri deyib ki, KOİCA tərəfindən ayrılmış 1.500.000 ABŞ dolları məbləğində qrant hesabına həyata keçirilməsi nəzərdə tutulan və konkret rayonda reallaşdırılacaq layihə çərçivəsində kadastr informasiya sistemi yaradılacaq, kadastr xidməti lazımi avadanlıqla təchiz olunacaq, sistem üçün kompüterlər, proqram təminatı alınacaq və Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılacaq, çöl işlərinin aparılması məqsədi ilə cihazlar əldə ediləcək, mütəxəssislərə təlim keçiləcək və s. zəruri tədbirlər görüləcək.
Koreya Respublikasının ölkəmizdəki səfiri Lü Kvanq çul mərasimdə çıxış edərək təmsil etdiyi dövlətlə Azərbaycan arasında bütün sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini məmnunluq hissi ilə vurğulayıb, yeni qrant razılaşmasının imzalanmasını bu istiqamətdə mühüm addım kimi dəyərləndirib. Diplomat bu razılaşma çərçivəsində görüləcək işin Koreyanın Azərbaycanda həyata keçirəcəyi nəhəng iqtisadi layihələrdən biri olduğunu bildirib.
Tədbirdə xüsusi qeyd olunub ki, Koreya Respublikası kimi inkişaf etmiş ölkənin texniki dəstəyi ilə həyata keçiriləcək “Azərbaycanda torpaq kadastrı sisteminin təkmilləşdirilməsi” layihəsi çərçivəsində imzalanmış qrant razılaşması ölkələrimiz arasındakı əməkdaşlığın daha da dərinləşməsinə təkan verəcək.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25

