/ / Respublika veteranları Niderlandda dini və milli ayrı-seçkilik zəminində baş verən hadisələrdən narahatdırlar
Respublika veteranları Niderlandda dini və milli ayrı-seçkilik zəminində baş verən hadisələrdən narahatdırlar
15.03.2017 [10:08]
Martın 14-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov qurumun altıncı Plenumundan ötən dövr ərzində fəaliyyəti barədə məruzə ilə çıxış edib.
Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, iclasda gündəliyə daxil olan bir neçə məsələ müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
Veteranlar son günlər Niderlandda dini və milli ayrı-seçkilik zəminində baş verən hadisələrdən narahat olduqlarını ifadə ediblər. Bununla əlaqədar Azərbaycan veteranları adından Niderland hökumətinə müraciət qəbul olunub.
Son günlər Niderlandda dini və milli ayrı-seçkilik zəminində baş verən hadisələrin insanlıq və humanizmlə bir araya sığmadığının qeyd olunduğu müraciətdə bildirilir: “Özünü Avropanın humanist, tolerant və insan hüquqlarının təminatçısı kimi göstərən bir ölkəsində belə hadisələrin baş verməsi dünyanın harasında törədilməsindən asılı olmayaraq, hadisələrə obyektiv yanaşan insanlar kimi, biz Azərbaycan veteranlarını da ciddi narahat edir. Biz veteranlar Niderlandda yaşayan türk icmasının sərbəst və dinc toplaşmasına imkan verilməməsini, onlara qarşı güc tətbiq edilməsini, eləcə də Niderland hökumətinin Türkiyə hökumət rəsmilərinə qarşı həyata keçirdiyi tədbirləri qərəzli və ziddiyyətli hesab edirik. Bütün bunlar daim bəyan olunan Avropa və ümumən insanlıq dəyərlərinə ziddir. Qədim qitənin inkişaf etmiş bir ölkəsində dini dözümsüzlük, irqi və milli ayrı-seçkilik zəminində yolverilməz hərəkətlərin törədilməsi yalnız acı təəssüf hissi doğurur. Digər tərəfdən, bu hadisələri iki ölkə arasında siyasi böhrana səbəb olan siyasət kimi qiymətləndirir, düşünülməmiş addımlardan məyus olduğumuzu bildiririk”.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

