Pirallahı rayonunda qaçqın və məcburi köçkünlərin problemlərinin həlli yolları müzakirə olunub
15.03.2017 [10:09]
Pirallahı rayonunda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə martın 9-da keçirilən müşavirədə verilmiş tapşırıqların icrası və qarşıya qoyulan vəzifələrlə bağlı məsələlər müzakirə olunub.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bununla bağlı keçirilən müşavirədə rayonun müəssisə və təşkilatlarının, yerli strukturlarının, xidmət sahələrinin, təhsil və səhiyyə ocaqlarının rəhbərləri, işğal olunmuş rayonlardan olan məcburi köçkün ailələrinin nümayəndələri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev qaçqın və məcburi köçkünlərin qarşılaşdıqları problemlərin həllini hər zaman diqqət mərkəzində saxlayır. Bu istiqamətdə düşünülmüş dövlət siyasəti həyata keçirilir, bu qəbildən olan soydaşlarımızın yaşayış səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq dövlət proqramları qəbul olunub və icra edilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə keçirilən ilk müşavirənin qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə həsr olunması sübut edir ki, xalqımızı hər an narahat edən bu məsələ dövlət siyasətinin əsasını təşkil edir.
Bildirilib ki, 1992-1993-cü illərdə Pirallahıya pənah gətirən məcburi köçkünlərin əsas əmək ixtisasları kənd təsərrüfatı ilə bağlı olsa da, hazırda onların bir çoxu neftçi, inşaatçı, nəqliyyatçı və digər ixtisaslara yiyələnib, fərdi sahibkarlıqla məşğul olanlar üçün əlverişli şərait yaradılıb. Onlar, əsasən “Abşeronneft”, “Neft Daşları” və “28 May” NQÇİ-lərdə, 5 saylı Nəqliyyat Departamentində, MKTB-də, Sukanal idarəsində və digər sahələrdə çalışırlar. Pirallahı qəsəbəsində məcburi köçkünlər üçün hündür mərtəbəli binaların tikintisi üçün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə hərəsi 3 hektar olmaqla, cəmi 6 hektar torpaq sahəsi ayrılıb. Məcburi köçkünlərin işlə təminat və mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələləri daim diqqət mərkəzində saxlanılır.
Məcburi köçkünlər adından çıxış edənlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21

