İnşaat Kollecinin şəhid məzunu Zakir Cəfərovun xatirəsi anılıb
07.04.2017 [10:01]
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində İnşaat Kollecinin şəhid məzunu Zakir Cəfərovun və ötən ilin aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi anılıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhid Zakir Cəfərovun anası Kəmalə Abdullayeva oğlunun vətənpərvərliyindən və mərdliyindən danışaraq tədbirin təşkil edilməsində əməyi keçən universitet və kollec rəhbərliyinə təşəkkürünü bildirib.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxışında ölkə rəhbərliyinin apardığı uğurlu siyasətdən, aprel döyüşlərində əldə edilən böyük qələbədən danışıb. Rektor aprel döyüşlərinin Azərbaycanın böyük hərbi qələbəsi olduğunu, dövlətimizin qüdrətini, xalqımızın birliyini nümayiş etdirdiyini söyləyib və bu gün Ali Baş Komandanın döyüş əmrini gözləyən vətənpərvər, ölkəsinə və xalqına sadiq sağlam gəncliyin yetişdiyini vurğulayıb.
G.Məmmədova İnşaat Kollecinin şəhid məzunu Zakir Cəfərovdan söz açaraq bildirib ki, o, təkcə təhsil aldığı müəssisənin yox, həm də xalqımızın başını uca edən bir qəhrəman olub. Zakir yaşadığı qısa ömür yolu ilə bütün Azərbaycan gənclərinə örnəkdir, ən yaxşı nümunədir. Sonda rektor şəhidin anasına və yaxınlarına Allahdan səbr diləyib.
Tədbirdə Zakir Cəfərovun həyatından bəhs edən bədii kompozisiya nümayiş olunub, vətənpərvərlik mövzusunda şeirlər və musiqilər səsləndirilib.
Xatırladaq ki, AzMİU-nun nəzdində İnşaat Kollecinin məzunu Zakir Cəfərov bu il fevralın 24-dən 25-nə keçən gecə bütün cəbhəboyu irimiqyaslı təxribatlar törədən Ermənistan ordusunun hücumunun qarşısını alarkən öz komandirini döyüş meydanından çıxararkən düşmən gülləsinə tuş gəlib, şəhid olub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21

