/ / “İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbaycana təsiri (1917-1920)” adlı kitab nəşr olunub
“İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbaycana təsiri (1917-1920)” adlı kitab nəşr olunub
01.06.2017 [09:57]
“Erməni məsələsi” əsasən XIX əsrin ikinci yarısından başlayaraq o dövrün bir sıra böyük dövlətləri tərəfindən süni şəkildə qabardılmış və yüz əlli ildən artıqdır ki, regionun, xüsusilə də Qafqazın “qara yarası”na çevrilmişdir. Tarixi araşdırmalar göstərir ki, bu plan bəzi dövlətlərin geosiyasi maraqlarına xidmət edən siyasət olaraq meydana gəlmişdir. Bu baxımdan problemin tədqiq edilməsi, onun əsl mahiyyətinin ortaya qoyulması xüsusilə “erməni məsələsi”ndən əziyyət çəkən Azərbaycan, Türkiyə və digər region ölkələri üçün zəruridir.
AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarixçi alim Emin Arifin (Şıxəliyev) problemin tədqiqinə həsr edilən kitabı bu baxımdan olduqca dəyərli elmi mənbə hesab edilə bilər. Alimin Böyük Britaniyanın arxiv materialları əsasında hazırladığı “İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbaycana təsiri (1917-1920)” adlı kitabı uzun və gərgin axtarışlar nəticəsində ərsəyə gəlmişdir.
Kitabda XX əsrin əvvəllərində regionda, eləcə də Qafqazda özünün geosiyasi maraqlarını təmin etməyə çalışan Böyük Britaniya Birləşmiş Krallığının ermənilərdən sui-istifadə etməsi, bu məqsədlə “erməni məsələsi”ni necə gündəmə gətirməsi, ermənilərin hüquqlarının guya pozulması bəhanələrilə Osmanlı imperiyasına göstərilən təzyiqlər elə İngiltərənin öz arxivlərində qorunan mənbələr əsasında gün işığına çıxarılmışdır.
Müəllif arxiv sənədləri əsasında sübut etmişdir ki, Krallığın Xarici İşlər Nazirliyi, Hərbi Kabineti, Ali Baş Qərargahı, Hərbi Kəşfiyyat Xidməti və digər dövlət və qeyri-dövlət qurumları müxtəlif qərarlarla erməniləri silah və digər ləvazimatlarla təmin etmiş, onların bölgədə süni şəkildə gücləndirilməsi planı həyata keçirilmişdir. Kitabda I Dünya müharibəsinin sonlarına doğru baş verən proseslərdə erməni kartından necə istifadə edildiyi tədqiq edilmişdir.
Qeyd edək ki, tarixçi Emin Arif tədqiqat əsərində “erməni məsələsi”ndən 1917-1920-ci illərdə əsasən Böyük Britaniyanın necə istifadə etdiyini tarixi sənədlərlə araşdırmış və oxuculara təqdim etmişdir.
Kitabda həmçinin XX əsrin əvvəllərində ermənilərin guya Osmanlı dövləti tərəfindən soyqırımına məruz qalması yalanı tarixi sənədlərlə ifşa edilir, əksinə, ermənilərin silahlandırılması nəticəsində Anadolu və Azərbaycanda müsəlman-türk xalqlarına qarşı kütləvi qətliamların həyata keçirildiyi öz əksini tapır.
Əsərdə arxiv materialları ilə yanaşı, o dövrün rus, ingilis, türk və erməni alimlərinin, siyasət və dövlət adamlarının əsərlərində, məktub və yazışmalarında ermənilərin siyasi oyunların alətinə çevrilməsi halları işıqlandırılmışdır.
Kitab sözügedən problemlə məşğul olan araşdırmaçılar üçün dəyərli və etibarlı mənbə olmaqla bərabər, mövzu ilə maraqlanan kütləvi oxucular üçün də əhəmiyyətlidir. Azərbaycanın ermənilər və süni yolla yaradılan Ermənistan dövlətinin təcavüzü ilə üzləşməsindən yaranan problemlərin düzgün təhlil edilməsi və bundan doğru nəticənin çıxarılması baxımından kitab qiymətli materiallarla zəngindir.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35

