Ölkənin aparıcı media orqanlarının rəhbərləri Naxçıvana səfər ediblər
01.06.2017 [10:00]
“Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolu” mövzusunda konfrans keçirilib
Dünən Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə KİV rəhbərlərinin Naxçıvan Muxtar Respublikasına səfəri başlayıb. “Movqe.az”ın məlumatına görə, üç günlük səfər çərçivəsində Bakıdan Naxçıvana yola düşən 20 nəfərlik nümayəndə heyəti burada KİV-in fəaliyyəti ilə tanış olacaq. Səfər çərçivəsində qonaqların Naxçıvandakı mədəni-tarixi abidələri ziyarəti nəzərdə tutulub. Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, “Ədalət” qəzetinin təsisçisi, millət vəkili Aqil Abbas, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, Fondun Müşahidə Şurasının sədr müavini, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı, “Trend” İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, “İnterfaks” İnformasiya Agentliyinin direktoru Aleksandr İvanov, “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Olaylar” İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, Azərbaycan Mətbuat Şurasının sədr müavini, “Jurnalistlərin Həmkarlar İttifaqı”nın sədri Müşfiq Ələsgərli, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “Azernews” qəzetinin baş redaktoru Sevil Mikayılova, KİVDF-nin informasiya texnologiyaları üzrə mütəxəssisi Mirsəid Ağayev, “Movqe.az” saytının müxbiri Zülfiyyə Quluyeva daxildir.
Naxçıvanda səfərdə olan media rəhbərləri dünən əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüblər. Daha sonra qonaqlar Heydər Əliyev Muzeyində Ulu öndərin həyat yolu və siyasi fəaliyyətini əks etdirən dəyərli eksponatlarla tanış olublar. Nümayəndə heyəti Naxçıvan Dövlət Universitetinin Media Mərkəzi, Universitet Televiziyası və “Nuhçıxan” radiosu ilə tanışlıqdan sonra Naxçıvan Dövlət Universitetinin akt zalında “Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolu” mövzusunda keçirilən konfransa qatılıblar. Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli Naxçıvanın böyük turizm potensialına malik olduğunu söyləyib: “Biz ötən səfərimizdə də Naxçıvanın tarixi və mədəni abidələrlə zənginliyinin, turizm cəlb etmək üçün böyük potensiala malik olduğunun şahidi olduq. Bu gün Naxçıvanda turistləri maraqlandıran Duzdağ Fizioterapiya Mərkəzi var ki, bu şəfa ocağının potensialından lazımınca istifadə olunmur. Bizim Naxçıvana səfərimizin məqsədi də bu cür turizm obyektlərini mediada geniş təbliğ etməklə Naxçıvan Muxtar Respublikasına dəstək olmaqdır”.
Daha sonra konfransda Naxçıvan Dövlət Universitetinin Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəhla Şirəliyeva çıxış edərək muxtar respublikada KİV-in hərtərəfli qayğı ilə əhatə olunduğunu söyləyib. Ş.Şirəliyeva Naxçıvanda azad mətbuatın inkişafının, söz azadlığının təmin olunması və informasiyanın operativ çatdırılmasının diqqətdə saxlanıldığını söyləyib: “Muxtar respublikada televiziya və qəzetlər ən müasir avadanlıqlarla təmin edilib. Hazırda Muxtar Respublikada “Şərq qapısı” ilə yanaşı, 8 şəhər və rayon qəzeti, 4 jurnal, universitet televiziyası və radiosu daxil olmaqla 3 televiziya, 3 radio və 6 nəşriyyat fəaliyyət göstərir. “Universitet” televiziyası və “Naxçıvan” radiosu həftənin üç günü kabel şəbəkəsi vasitəsilə universitet şəhərciyində, eləcə də açıq formada Naxçıvan şəhərində yayımlanır. Ölkəmizdə və dünyada nəşr olunan 100-dən artıq qəzet və jurnal abunə yolu və mətbuat yayımı vasitəsilə muxtar respublika əhalisinə çatdırılır. Naxçıvan Dövlət Televiziyasının, “Şərq qapısı” qəzetinin internet saytlarının istifadəyə verilməsi, Naxçıvan Dövlət Televiziyasının və Radiosunun internet üzərindən bütün dünyaya yayımlanması, muxtar respublikada ölkə telekanallarının və informasiya agentliklərinin müxbir postlarının faəliyyət göstərməsi qədim diyarın müasir sosial-iqtisadi inkişafı, tarixi və turizm potensialı haqqında məlumatların oxucu, tamaşaçı və dinləyicilərə çatdırılmasına imkan verir. Bu gün muxtar respublikanın yaşayış ərazilərinin 98 faizində genişzolaqlı, 99 faizində isə simsiz internet xidməti göstərilir. Muxtar respublikanın yaşayış məntəqələrində sosial paketdə olan 12 televiziya kanalının rəqəmsal yayımı təmin edilib, quraşdırılan Yeni Nəsil Telekommunikasiya Sistemi üzərindən də televiziya kanallarını izləmək və digər xidmətlərdən yararlanmaq imkanı yaradılıbdır”.
Konfransda çıxış edən Naxçıvan Universitetinin iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarov qonaqları salamlayaraq Naxçıvan Muxtar Respublikasının ölkəmizin mühüm turizm mərkəzlərindən olduğunu söyləyib: “Muxtar respublikanın turizm potensialı turistlərin və bura ilə maraqlanan hər kəsin diqqətini cəlb edir. Keçmiş İttifaq dövründə sərhədyanı bir region kimi xarici turistlərin üzünə bağlı olmuş muxtar respublika indi hər yerdən gəlmiş turistlərlə dolub-daşır. Turistlərə xidmət göstərən gömrük-keçid məntəqələri, ən müasir təyyarələri qəbul edən beynəlxalq hava limanı, etibarlı yol-nəqliyyat infrastrukturu, müasir komfort standartlarına cavab verən mehmanxanalar, zəngin milli mətbəx təklif edən yeməkxana və restoran müəssisələri, qədim və zəngin tarixi-mədəni irs, turistlərin muxtar respublikanın hər bir nöqtəsində rahat hərəkətini təmin edən təhlükəsiz şərait Naxçıvana gələn turistlərin sayını artırıb”.
Ə.Cabbarov daha sonra Muxtar Respublikanın turizm imkanları, tarixi, mədəni abidələri, həmçinin turistlərin cəlb olunması üçün görülən işlər barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, Naxçıvan təkcə istirahət və rekreasiya məqsədilə deyil, eyni zamanda, müalicə, dini və ekoturizm kimi sosial məzmunu daha dərin olan səyahətlərə maraq göstərən turistlər üçün də cazibədar məkandır.
Konfransda “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev,”Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı çıxış edərək Naxçıvanın turizm imkanlarından söz açıblar. Qonaqlar muxtar respublikanın turizm potensialının daha çox təbliğ olunması üçün müxtəlif təkliflər səsləndiriblər.
Səfərin ilk günündə nümayəndə heyəti həmçinin “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə xatın və Açıq Səma Altında Muzey Kompleksi, Naxçıvanqala və Nuh peyğəmbərin türbəsi, Naxçıvan Biznes Mərkəzi, Avtomobil Zavodu, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

