“Azərsu”da Memarlıq və İnşaat Universitetinin kafedrasının filialı açılıb
27.09.2017 [10:13]
Sentyabrın 26-da “Azərsu” Açıq Səhmdar Cəmiyyətində (ASC) Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının filialının açılışı olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, filialın açılışında “Azərsu” ASC-nin məsul işçiləri, AzMİU-nun professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Tədbirdə cəmiyyətin sədr müavini Seymur Seyidov 2012-ci ildə AzMİU ilə “Azərsu” ASC arasında bağlanmış memorandumu xatırladaraq bu əməkdaşlığın əsasının illər əvvəl qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, həmin memoranduma əsasən, 2015-ci ildə “Azərsu” ASC-nin dəstəyi ilə universitetin ekologiya kafedrasında müasir avadanlıqlarla təchiz olunmuş su təchizatı problemləri üzrə elmi-tədqiqat və tədris laboratoriyası yaradılıb. Burada quraşdırılmış cihazların köməyi ilə içməli və çirkab suların tərkibindəki 40-dək göstəricini təyin etmək mümkündür. Tələbələrin tədris prosesində əldə etdikləri nəzəri biliklərini iş prosesində, təcrübədə tətbiqi üçün belə laboratoriyaların böyük əhəmiyyəti var. S.Seyidov bu əməkdaşlığın davamı olaraq yeni açılan filialın da tələbələr üçün faydalı olacağına əminliyini bildirib.
Tədris işləri üzrə prorektor Akif Qasımov göstərdikləri dəstəyə görə universitetin rektoru, professor Gülçöhrə Məmmədovanın adından “Azərsu” ASC-nin rəhbərliyinə təşəkkürünü bildirib. İstehsalatla əlaqələrin gücləndirilməsini müasir dövrün tələblərindən biri kimi dəyərləndirən prorektor kafedranın filialının açılışını mühüm hadisə adlandırıb. O, birgə əməkdaşlığın yaxın gələcəkdə müsbət nəticələr verəcəyini, tələbələrin karyera qurmalarında faydalı olacağını vurğulayıb.
“Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda açılan filial AzMİU-nun su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin magistrləri üçün nəzərdə tutulub. Belə ki, magistratura səviyyəsində təhsil alan tələbələr artıq dərslərini bu filialda keçəcək, “Sukanal”ın müvafiq laboratoriyalarında nəzəri biliklərini möhkəmləndirəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32

