/ / Kamran Əliyev: Biz İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə əlaqələrdən qarşılıqlı şəkildə faydalanırıq
Kamran Əliyev: Biz İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə əlaqələrdən qarşılıqlı şəkildə faydalanırıq
26.10.2017 [10:22]
Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, ölkəmiz 2003-cü ildən başlayaraq, korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərə qoşulub. Azərbaycan Respublikası həmin ildən etibarən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Antikorrupsiya Şəbəkəsi ilə də səmərəli əməkdaşlıq edir. İqtisadiyyat sahəsində çox vacib qurum olan OECD, eyni zamanda, bu təşkilatın sıralarında birləşən ölkələrdə həm dövlət qurumlarında, həm də özəl sektorda şəffaflığın təmin edilməsi sahəsində çox mühüm iş aparır. Ona görə də Azərbaycan bu qurumla əməkdaşlıqdan çox faydalanır və bu fayda qarşılıqlıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev oktyabrın 25-də jurnalistlərə müsahibəsində deyib.
Kamran Əliyev bildirib ki, Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına öz töhfəsini verir. Belə ki, bu dövr ərzində Azərbaycan bu təşkilatda üç monitorinq mərhələsini uğurla başa vurub. Yəni, ölkəmiz antikorrupsiya qanunvericiliyinin vəziyyəti, tətbiqi və icrası ilə bağlı üç monitorinq dəyərləndirməsindən uğurla keçib. Hazırda Azərbaycan IV monitorinq raundu üzrə dəyərləndirmə prosesindədir. Eyni zamanda, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin altı əməkdaşı region ölkələrinin antikorrupsiya qanunvericiliyinin tətbiqi ilə bağlı müxtəlif dəyərləndirmələrə cəlb edilib.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında keçirilən “Korrupsiya cinayətlərinin istintaqı və cinayət təqibi: cinayət yolu ilə əldə edilmiş gəlirlərin müsadirəsi, əmlakın bərpası və prokurorların müstəqilliyi” mövzusunda beynəlxalq tədbirdə regionda yerləşən 20-dən çox ölkənin prokurorluq və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumlarının 70-ə yaxın təcrübəli əməkdaşının iştirak etdiyini vurğulayan Kamran Əliyev bildirib ki, bu görüş ölkələrimizin qanunvericiliyini, hüquq ənənələrini öyrənmək üçün mühüm imkan yaradır.
“Bu görüşlər çərçivəsində regionumuzda yerləşən ölkələrin hüquq mühafizə orqanlarının məsul əməkdaşları ilə ikitərəfli görüşlərimiz də nəzərdə tutulub. Həmin görüşlər zamanı konkret olaraq, Baş İdarə tərəfindən istintaq olunan cinayət işləri ilə əlaqədar göndərilmiş hüquqi yardımların bu və ya digər ölkələrdə icrası vəziyyəti ilə maraqlanmaq və onları daha da sürətləndirmək üçün imkanlar əldə edəcəyik”, - deyə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi vurğulayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58

