Bakıda “Tolerantlıq örnəyi Azərbaycan” mövzusunda konfrans keçirilib
16.11.2017 [10:27]
Noyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Tolerantlıq örnəyi Azərbaycan” adlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı cəmiyyətimizdəki mövcud tolerantlıq ənənələrindən, onun qorunub saxlanılması istiqamətində görülən işlərdən ətraflı bəhs edib. O bildirib ki, bu gün Prezident İlham Əliyevin Ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinə söykənən ardıcıl, məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan digər sahələrdə olduğu kimi, dinə, vicdan azadlığına, tolerant və multikultural dəyərlərə münasibətdə nümunəvi ölkəyə çevrilib.
Tolerantlığın birgəyaşayışın qızıl qaydası olduğunu vurğulayan sədrin birinci müavini Azərbaycanda dini, milli ayrı-seçkiliyə, antisemitizm, ksenofobiya hallarına heç vaxt rast gəlinmədiyini vurğulayıb.
Səyyad Salahlı qeyd edib ki, dövlətimiz tərəfindən mütəmadi olaraq ölkəmizdə fəaliyyət göstərən dini konfessiyalara maddi və mənəvi dəstək göstərilir, müxtəlif etnik qrupların öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları, dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri üçün lazımi şərait yaradılır.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədlinin təqdimatı dinlənilib. “Anlayışın koqnitiv semantikası” adlı təqdimatda müxtəlif dillərdə tolerantlıq anlayışının mənası və mahiyyəti barədə ətraflı məlumat verilib.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasında Roma Katolik Kilsəsinin nümayəndəsi Vladimir Baksa, Prezident yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Dionisi Sveçnikov, Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Abik Çaruxçev və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasov çıxışlarında tədbirin əhəmiyyətini vurğulayıblar. Onlar tolerantlığın gündəlik həyatımızda mühüm rolundan bəhs ediblər.
Konfransda çıxış edənlər, həmçinin Azərbaycanda dini müxtəlifliyin tolerant əsaslarının təhlili və qorunub saxlanılması, ölkəmizin nümunəvi dini tolerantlıq modeli, eyni zamanda, Azərbaycanın əldə etdiyi multikultural nailiyyətlərin dünyada təbliği barədə fikirlərini səsləndiriblər. Vurğulanıb ki, Azərbaycanda tək bir gün deyil, hər gün tolerantlıq günü kimi qeyd olunur. Dövlət başçısı İlham Əliyevin 2016-cı ili “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan etməsi dünyanın sabitliyi, təhlükəsizliyi və dünya müsəlmanlarının bir araya gələrək qanlı toqquşmalara son qoymaları kimi yüksək amallara xidmət edir. Azərbaycanda tarixən müxtəlif dinin nümayəndələri birgə sülh və mehribanlıq şəraitində yaşayıblar. Tolerantlıq Azərbaycanda həyat tərzidir. Diqqətə çatdırılıb ki, ölkəmizdə bütün dini konfessiyalar, icmalar və müxtəlif xalqların nümayəndələri üçün hər cür şərait yaradılıb, onların bərabər hüquqları təmin olunub.
Xəbər lenti
Hamısına baxDünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36

