Bakı Dövlət Universitetində “525-ci qəzet”in 25 illik yubileyi qeyd olunub
18.11.2017 [00:18]
Noyabrın 17-də Bakı Dövlət Universitetində (BDU) “525-ci qəzet”in 25 illik yubileyinə həsr olunmuş tədbir və yubiley münasibətilə nəşr edilmiş “525” - zamanın sınağında” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət qurumlarının nümayəndələri, elmi və ədəbi ictimaiyyətin təmsilçiləri, media qurumlarının rəhbərləri, tanınmış jurnalistlər, Milli Məclisin deputatları, universitetin müəllim və tələbələri iştirak ediblər.
Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov “525-ci qəzet”in Azərbaycanın müstəqilliyi ilə yaşıd olduğunu bildirib. Qeyd edilib ki, yarandığı gündən etibarən bu qəzeti fərqləndirən əsas cəhət onun demokratik xarakteri olub. Ümummilli lider Heydər Əliyevin demokratik, müstəqil mətbuat ideyalarını Prezident İlham Əliyevin inkişaf etdirdiyini vurğulayan rektor bu gün ölkəmizdə dünya standartlarına uyğun mükəmməl KİV sisteminin yarandığını, “525-ci qəzet”in bu sistemdə ləyaqətli yer tutduğunu deyib. A.Məhərrəmov bildirib ki, qəzetin təsisçiləri və onu bugünkü səviyyəyə çatdıran insanlar Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunlarıdır. Qəzetin baş redaktoru Rəşad Məcid və yaradıcı kollektiv bütün fəaliyyətləri boyu Ulu öndər Heydər Əliyevin demokratik mətbuat ideyalarını rəhbər tutaraq Azərbaycana və azərbaycançılığa xidmət edib, müstəqilliyimizin qorunmasına və inkişafına bacardıqları qədər xidmət göstəriblər. Rektor “525-ci qəzet”in yarandığı ilk günlərdən indiyədək həmişə BDU-nun tədris, elmi, ictimai tədbirlərini diqqət mərkəzində saxladığını bildirib və bu qəzeti “Ümummilli qəzet” kimi dəyərləndirib.
Jurnalistika fakültəsinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədlinin müəllifi olduğu “525” - zamanın sınağında” kitabının əhəmiyyətindən danışan A.Məhərrəmov əsərdə qəzetin yaranma tarixi, onun fəaliyyətinin əsas istiqamətləri, mövzu dairəsi, mədəni həyatımızın, ədəbiyyat və incəsənətimizin, elmi düşüncəmizin işıqlandırılmasında göstərdiyi yaradıcılıq xidmətlərinin əks edildiyini xüsusi vurğulayıb. Bildirilib ki, kitabda C.Məmmədlinin “525-ci qəzet”in tarixi və keçdiyi yol barədə qələmə aldığı monoqrafiya, əməkdaşların xatirə yazıları, tanınmış şəxsiyyətlərin qəzetin 25 illiyi ilə bağlı təbrikləri, həmçinin qəzetdə dərc olunan yazılardan nümunələr toplanıb.
Professor C.Məmmədli müəllifi olduğu “525”- zamanın sınağında” kitabının yaranma ideyasından, qəzetin Azərbaycan mətbuat tarixində oynadığı tarixi roldan bəhs edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli 25 yaşlı “525-ci qəzet”in tarixi missiyasından, mətbuatın inkişafındakı xidmətlərindən danışıb. Qeyd edilib ki, dövlətə və dövlətçiliyə hər zaman sadiq olan, səhifələrində milli təəssübkeşliyə geniş yer verən qəzet zamanın sınağından üzüağ, alnıaçıq çıxıb. 25 yaşı tamam olan qəzet jurnalistikamızın ləyaqətli bir faktı kimi bu gün klassikləşmə prosesindədir.
Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov bildirib ki, “525-ci qəzet”in səhifələrində müasir dövrün ən mükəmməl ədəbi-bədii nümunələri, tanınmış yazıçı və şairlərimizin əsərləri özünə yer tapıb. Qəzet özünün milli simasını, peşəkarlıq xarakterini formalaşdırıb və bu sahədə bir məktəb səviyyəsinə çatıb. Qəzetin yaradıcıları Rəşad Məcid, Yusif Rzayev, Yaşar Əliyev, Seyfəddin Hüseynli savadları və yaradıcılıq istedadları ilə yeni nəsil qəzetlərinə nümunə olublar.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov milli və demokratik düşüncənin formalaşmasında qəzetin öz üzərinə düşən missiyanın öhdəsindən ləyaqətlə gəldiyini və bu səbəbdən sevildiyini diqqətə çatdırıb. Bildirilib ki, “525-ci qəzet” artıq tarixə çevrilib. Qəzetin səhifələrində Azərbaycan xalqının qəhrəmanlığı, milli mənəvi dəyərlər, böyük alimlərimiz və sənət adamlarımızın həyatları haqqında yazılar gələcək tədqiqatçılar üçün sanballı fakt mənbəyidir.
Türkiyə səfirliyinin mədəniyyət müşaviri İrfan Ciftçi “525-ci qəzet”in istər ədəbiyyat, istərsə də jurnalistika sahəsində parlaq simalar yetişdirdiyini vurğulayıb. Bildirilib ki, türk dünyasının ədəbi-mədəni fikrinin formalaşmasında qəzetin müstəsna rolu olub.
BDU-nun professoru Şirməmməd Hüseynov “525-ci qəzet”də ən çox məqaləsi dərc edilən müəlliflərdən biri olduğunu deyib, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı yazılara geniş yer verdiyi üçün qəzetin fəaliyyətini yüksək dəyərləndirib. Professor tarixi ənənələrini qoruyub saxlayan “525-ci qəzet”in bundan sonra da ilk gündən müəyyənləşdirdiyi milli ruh xəttini uğurla davam etdirərək öz oxucu auditoriyasını daha da genişləndirəcəyinə inam ifadə edib.
Sonda “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib, qəzet haqqında deyilən xoş sözlərə görə minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

