/ / Avropa İttifaqının “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvinninq layihəsinin açılış mərasimi keçirilib
Avropa İttifaqının “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvinninq layihəsinin açılış mərasimi keçirilib
28.11.2017 [10:21]
“İcbari tibbi sığorta sisteminin bütün dünyada qəbul edilmiş fəaliyyət prinsipi ondan ibarətdir ki, iqtisadi cəhətdən fəal əhali sığorta haqqını ödəyirlər, qeyri-iqtisadi fəal əhalinin sığorta haqqını isə dövlət ödəyir. Toplanan sığorta haqları icbari tibbi sığortanın tətbiqini həyata keçirən qurumun hesabına yığılır və orada cəmlənən həmin vəsaitdən xəstəliyi olanlar istifadə etməklə müalicə ala bilir və həmin qayda ilə adamlar bir-birlərinə qarşılıqlı yardım etmiş olurlar. Yəni, əhalinin işləyən, gəliri olan qrupu bəzi həssas qrupa dəstək olur.
Təklifimiz budur ki, aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar, tələbələr və bu kimi əhali qrupları icbari tibbi sığorta ödənişlərindən azad edilsin. Bu da o deməkdir ki, heç kəs tibbi müayinələrdən keçməkdən çəkinməyəcək və bir-birinə yardım etmək ənənəsi daha da güclənəcək, pulsuzluq, maddi çətinlik onların sağlamlıqlarının qayğısına qalmasına mane ola bilməyəcək. Bütün bunların nəticəsində sağlam nəsil formalaşacaq”.
AZƏRTAC xəbər verir ki, bu sözlər Avropa Qonşuluq Siyasəti çərçivəsində icbari tibbi sığorta sahəsi üzrə ölkə qanunvericiliyinin təkmilləşdirilməsi və Avropa İttifaqının bu sahədə mövcud təcrübəsinə uyğunlaşdırılması məqsədilə “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvinninq layihəsinin açılış mərasimində çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevə məxsusdur. Onun dediyinə görə, hazırda həmin layihənin həyata keçirildiyi Mingəçevir şəhərində və Yevlax rayonunda rəsmi qeydiyyatda olanlara baza zərfinə daxil olan 1829 tibbi xidmət pulsuz göstərilir. Təkcə bunu göstərmək kifayətdir ki, baza zərfi bütün mövcud tibbi xidmətlərin 70 faizini əhatə edir. Yaşayış yeri üzrə pilot ərazilərdə qeydiyyata alınmış sığortaolunanların ödənişsiz tibbi xidmətlə təmin edilməsi 100 faizə çatdırılıb. Ambulator xidmətlərin 19 faiz artması da uğurlar sırasındadır.
Direktorun verdiyi məlumata görə, layihə Azərbaycanda səhiyyə sisteminin maliyyələşdirilməsi prosesinin təkmilləşməsinə xidmət edəcək: “Layihənin məqsədi icbari tibbi sığorta haqlarının yığılması, səhiyyə xidmətlərinin satın alınması ilə səhiyyə xərclərinin planlaşdırılması, icrası və monitorinqinin aparılmasında institusional potensialının gücləndirilməsidir”.
Layihənin açılış mərasimində Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev çıxışında bildirib ki, Fransada və Litvada qabaqcıl tibbi sığorta agentlikləri fəaliyyət göstərirlər. Qeyd olunub ki, Fransa icbari tibbi sığortaya XX əsrin ortalarında, Latviya isə 20 il əvvəl keçib və hər iki ölkənin təcrübəsində öyrənilməli cəhətlər çoxdur. Ona görə də ümid etməyə dəyər ki, qarşıdakı iki il ərzində həmin ölkələrlə əməkdaşlıq bu sahədə çox faydalı olacaqdır.
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın inkişafından danışan Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskasın fikrincə, təqdim olunan tvinninq layihəsi Azərbaycanın icbari tibbi sığorta ilə bağlı həyata keçirdiyi islahatlara dəstək verəcəkdir.
Nazirlər Kabinetinin humanitar və sosial məsələlər üzrə şöbə müdiri Musa Ələkbərov icbari tibbi sığortanın tətbiqinin səhiyyənin maliyyələşdirilməsi sisteminin iqtisadi səmərəlilik baxımından daha optimal yollarının axtarılıb tapılmasına yardımçı olacağını, Səhiyyə Nazirliyinin aparat rəhbəri Zəkiyyə Mustafayeva icbari tibbi sığortanın həyata keçirilməsinin əhalinin tibbi xidmətlərdən istifadə imkanlarının artırılmasına, tibb işçilərinin maddi rifahının yaxşılaşdırılmasına, pilot layihənin nəticələrinin təhlili əsasında səhiyyə sistemində yeni maliyyələşmə mexanizminin tətbiq olunmasının ölkədə səhiyyənin inkişafına zəmin yaradacağına əminliyini söyləyib.
Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov icbari tibbi sığortanın icrası sahəsində görülən işlər barədə məlumat verib.
Fransanın Azərbaycandakı səfiri Orelia Buşez və Litva səfirliyinin rəhbərinin müavini Daliya İqnataviçiute isə Azərbaycanın onların ölkələri ilə bu sahədə əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər və həmin əlaqələrin genişləndirilməsi üçün mümkün olan bütün səyləri göstərəcəklərini söyləyiblər.
Açılış nitqlərindən sonra üzv dövlətlər və benefisiar dövlət tərəfdən olan layihə rəhbərləri Mişel Villak və Aysel İbayeva layihənin məqsədi, fəaliyyətləri və gözləntiləri barədə çıxış ediblər. Onlar layihənin həyata keçirildiyi müddətdə üç əsas nəticəyə-icbari tibbi sığortanın tətbiqi üçün hüquqi, maliyyə əsaslarının yaradılmasına və informasiya texnologiyaları çərçivəsinin inkişaf etdirilməsinə nail olunacağını vurğulayıblar.
Layihənin panel sessiyasında üzv və benefisiar dövlətlərdən olan Andrey Tretyak, Mindauqas Strimskix və Klara Leymoni layihənin icrası prosesi, gözlənilən çətinliklər, ölkəmizin səhiyyə sahəsində mövcud siyasəti, aparılan islahatlar və icbari tibbi sığortanın pilot layihəsi barədə ətraflı məlumat veriblər.
Qeyd edək ki, bu il avqustun 20-də icrasına başlanılan layihə 2019-cu ilin avqustunadək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30

