Qafqaz Müsəlmanları İdarəsi Qüdslə bağlı bəyanat yayıb
13.12.2017 [10:17]
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qüds məsələsi ilə bağlı bəyanat yayıb.
Bu barədə AZƏRTAC-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Bəyanatda deyilir ki, səmavi dinlər üçün müqəddəs sayılan və ilk qibləgahımız olan Qüds ətrafında son günlər baş verənlər, təbii ki, hər bir mömin, inanclı insan üçün həssasiyyət kəsb edir. Qüdsün Uca Yaradanın hökmünə və iradəsinə uyğun olaraq, müsəlmanlar və əhli-Kitab üçün özəl məqam olaraq qorunub saxlanılması, sülh, barış məkanı olması vacibdir. Dini hisslərin siyasi məqsədlər üçün sui-istifadəsi yolverilməzdir. O Bir Olan Yaradanın müqəddəs qərar verdiyi, müsəlman və qeyri-müsəlmanlar üçün müqəddəs sayılan yerlərə sahib olan Qüds bütün bəşərə məxsus sülh və dialoq məkanı olmalıdır. Odur ki, bu müqəddəsliyi, özəlliyi, önəmi nəzərə almayan hər hansı qərar ədalətli ola bilməz.
“Bu gün dünyamızda baş verənlər bizi narahat edir. Dözümsüzlük, milli, dini zəmində qarşıdurma, ksenofobiya, islamofobiya, terror, ekstremizm hallarının səngimədiyi bir dönəmdə müqəddəs dəyər olan insan həyatının qorunub saxlanılması, sülh və sabitliyin bərqərarı yönündə addımların atılması zəruridir. Milyonlarla insanın həyatı bahasına başa gələcək siyasi qərarlar verilərkən onların olduqca təhlükəli fəsadlar, mümkün qarşıdurma və ədavət törətmə ehtimalı göz önünə alınmalı, nəzərdən qaçırılmamalıdır ki, insanlar arasında milli, dini zəmində nifrət və qarşıdurma səbəbindən bəşəriyyət sonu görünməyən bir uçuruma gedə bilər.
Beynəlxalq hüququn işləməməsi, beynəlxalq ictimaiyyətin mövqeyinin nəzərə alınmaması təhlükəli meyildir. Birmənalı şəkildə bildiririk ki, Qüdsün paytaxt elan edilməsi haqqında təktərəfli qaydada verilmiş qərar yolverilməzdir. Siyasi məqsəd, niyyətlər naminə Qüdslə bağlı qərar verilməsi qeyri-məqbuldur. Bu, nəinki müsəlmanların, qeyri-müsəlmanların da hüquqlarının pozulmasına gətirib çıxara bilər”, - deyə bəyanatda qeyd edilir.
QMİ-nin bəyanatında bildirilir: “Yaxın Şərqin bu həssas bölgəsində sülh və əmniyyətin bərqərar olmasına böyük əngəl olan, təhlükəsizliyi təhdid edən, bölgədə gərginliyi artıran və dünya ictimaiyyəti tərəfindən kəskin şəkildə qınanılan bu qərara Qafqaz müsəlmanları adından qətiyyətlə etiraz edirik. Milyonlarla dindarın iradəsini ifadə edərək, 1967-ci ildə BMT Təhlükəsizlik Şurasının Fələstin xalqının hüquqlarını təsbit edən Qüdslə bağlı qətnaməsinin yerinə yetirilməsində israr edirik.
Uca Yaradanımızın bizlərə buyurduğu kimi, “Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır! (Maidə, 8)”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17

