Tərtərdə Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı “dəyirmi masa” keçirilib
13.12.2017 [10:43]
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Tərtər rayonunda da ehtiramla yad edilib. Dekabrın 12-də səhər saatlarından başlayaraq minlərlə tərtərli dahi şəxsiyyətin rayonun mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzüb, Ulu öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Anım mərasimində rayon rəhbərliyi, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, əmək kollektivləri, ziyalılar, ağsaqqallar, veteranlar, gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Sonra mərasim iştirakçıları Heydər Əliyev Mərkəzinə gəliblər. Burada onlar Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif illərini əks etdirən eksponatlarla tanış olublar. Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı mərkəzdə keçirilən “dəyirmi masa”nı giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu və fəaliyyəti barədə danışıb. Çıxışında Ümummilli liderimizin Azərbaycan xalqı və dövlətçiliyi naminə göstərdiyi misilsiz xidmətlərdən bəhs edən natiq Ulu öndərin əziz xatirəsinin daim qəlblərdə yaşayacağını, ideyalarının doğma Azərbaycanımızın bu günü və gələcəyi üçün tükənməz mənbə olduğunu deyib. Rayon İcra Hakimiyyətinin başçısı Ümummilli liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Sonra rayon polis şöbəsinin rəisi Rauf Məcidov, rayon prokuroru Şıxəli Alməmmədov və başqaları çıxış edərək müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyada tanınmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıblar.
Tədbirin sonunda Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

