Daxili Qoşunların bir qrup hərbi qulluqçusuna yeni mənzillərin orderləri təqdim edilib
05.01.2018 [10:04]
Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının bir qrup hərbi qulluqçusuna yeni inşa olunan mənzillərin orderləri təqdim edilib.
Bu barədə AZƏRTAC-a Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.
Qurucusu Ümummilli liderimiz Heydər Əliyev olan müasir müstəqil Azərbaycan dövləti sosial-iqtisadi gücünə görə dünyanın aparıcı ölkələri sırasındadır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi iqtisadi islahatlar vətəndaşlarımızın, o cümlədən hərbi qulluqçularımızın sosial rifah halının yüksəldilməsinə xidmət edir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 ildən artıq qüsursuz xidmət edən, hazırda həqiqi hərbi xidmətini davam etdirən on müharibə veteranına Gəncədə inşa olunan, hərtərəfli şəraitə malik mənzillərin verilməsi bunun əyani sübutudur. Bu münasibətlə Gəncədə Daxili Qoşunların hərbi qulluqçularına mənzillərin orderlərinin təqdim olunması mərasimi keçirilib.
Tədbirdə Daxili Qoşunlar Komandanının müavini - Maddi-Texniki Təminat İdarəsinin rəisi, general-mayor Fəxrəddin Səmədov mənzillə təmin olunan hərbi qulluqçuları Daxili İşlər Nazirliyinin rəhbərliyi və Daxili Qoşunların komandanlığı adından təbrik edib. Diqqətə çatdırılıb ki, Daxili Qoşunların şəxsi heyəti daim Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Açılışında iştirak edilən, böyük zəhmət hesabına başa gələn yaşayış binası da bu qayğı və diqqətin daha bir nümunəsidir.
Hərbi qulluqçular adından çıxış edən kapitan Bəxtiyar Əliyev əlamətdar və unudulmaz bir gün yaşadıqlarını deyərək, ailə üzvlərinin hədsiz sevinc hissi keçirdiklərini bildirib. Qeyd edib ki, respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin onlara göstərdiyi etimadı bundan sonra da fədakar xidmətləri ilə doğruldacaqlar.
Hərbçi ailələri adından çıxış edən Könül Əliyeva və Fatimə Əliyeva hər zaman Azərbaycan Prezidentinin diqqətini hiss etdiklərini bildiriblər. Bu gün daha bir qayğının şahidi olduqlarını dilə gətirən hərbçi ailələrinin üzvləri belə xoşbəxt anlar yaşadıqlarına görə Prezident İlham Əliyevə bir daha minnətdarlıqlarını ifadə ediblər.
Sonra mənzillərin orderləri Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularına təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08

