“Dərbənd XIX-XX əsrin əvvəllərində”
06.01.2018 [10:43]
Asəf Hacıyevin bu monoqrafiyası Dərbənd tarixinin araşdırılması baxımından ciddi elmi-siyasi əhəmiyyətə malik tədqiqat əsəridir
Asəf Adil oğlu Hacıyevin “Dərbənd XIX-XX əsrin əvvəllərində” adlı monoqrafiyası çox mühüm problemə - itirilmiş tarixi Azərbaycan torpaqlarından biri olan Dərbəndin tarixinə həsr olunub. Monoqrafiya tarix elmimiz üçün olduqca aktual, ciddi elmi-siyasi əhəmiyyətə malik olan gərəkli bir tədqiqat əsəridir. Azərbaycan xalqının üzləşdiyi bir sıra taleyüklü problemlərin kökü məhz XIX əsrin əvvəllərinə gedib çıxır. XVIII əsrin sonu - XIX əsrin əvvəllərində bölgədə yaranmış mürəkkəb beynəlxalq vəziyyət Azərbaycanın dövlət müstəqilliyinə son qoyulması və ölkə ərazisinin iki imperiya arasında bölüşdürülməsi ilə nəticələndi. Birinci Rusiya-İran (1804-1813) müharibəsi zamanı Rusiya tərəfindən işğal edilmiş tarixi Azərbaycan torpaqlarından biri də Dərbənd xanlığının ərazisi idi. Dərbəndin XIX-XX əsrin əvvəlləri tarixinin daha dərindən araşdırılması hazırda Azərbaycan milli tarix elmi qarşısında duran mühüm vəzifələrdən biridir. Məhz bu baxımdan Asəf Hacıyevin itirilmiş tarixi torpaqlarımızdan olan Dərbəndin tarixinə həsr etdiyi monoqrafiya tarixşünaslığımızda mühüm və uğurlu addımdır.
Monoqrafiya yazılarkən düzgün elmi struktur müəyyən edilmişdir. Dərbənd şəhərinin Rusiya imperiyası tərəfindən işğalı və çar Rusiyasının hakimiyyəti altında olduğu dövrün tarixini - 1806-1917-ci illəri əhatə edən monoqrafiyada Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq Rusiya işğalı dövründə Dərbənd şəhər əhalisi kompleks şəkildə tarixi-demoqrafik tədqiqat obyektinə çevrilmişdir. Əsərdə Rusiya işğalı dövründə Dərbənd inzibati anlayışına daxil olan inzibati vahidlər müəyyən edilmiş, Rusiya işğalının Dərbənd şəhəri əhalisinin demoqrafik durumuna acınacaqlı təsiri konkret faktlarla sübut edilmişdir. Monoqrafiyada ilk dəfə olaraq Rusiya işğalı dövründə əhalinin say dinamikasının inkişaf mərhələləri müəyyənləşdirilmiş, qaynaqların verdiyi məlumatlar əsasında əhalinin etnik, dini, sosial-silki, yaş, cins, təhsil səviyyəsi prinsipləri üzrə tərkibi müəyyən edilmişdir. Tədqiqatda Dərbənd şəhəri əhalisinin təbii hərəkəti, ölüm, doğum, nikah, təbii artım səviyyəsi aşkar edilmiş, əhalinin təbii artım səviyyəsinə təsir göstərən sosial-iqtisadi və ictimai-siyasi amillər tədqiq olunmuşdur. Müəllif Dərbənd şəhərində baş vermiş miqrasiya, onun əsas istiqamət və özünəməxsus xüsusiyyətlərini araşdırmış, şəhərin iqtisadi inkişaf səviyyəsini öyrənmiş, sosial-iqtisadi xarakteristikasını vermiş, Dərbənd şəhərinin tarixi inkişafında əhali potensialının rolu və onun düzgün idarə olunmasının əhəmiyyətini aşkar etmişdir.
“Dərbənd şəhəri XIX-XX əsrin əvvəllərində” adlı birinci fəsildə şəhərin XIX-XX əsr tarixi ilə yanaşı, onun adı və salınması barədə geniş məlumat verən müəllif həmçinin Dərbəndin inzibati baxımdan mənsubiyyəti məsələsinə də toxunmuş və düzgün olaraq Rusiya işğalına qədər Dərbəndin Azərbaycan dövlətçiliyinə aid olduğunu göstərən tarixi mərhələlərə bölmüşdür.
Monoqrafiyanın “Əhalinin say dinamikası, yerləşməsi və tərkibi” adlı ikinci fəslində Dərbənd şəhərinin əhalisinin say dinamikası müəyyənləşdirilmiş, Dərbənd xanlığına, Rusiya işğalından sonrakı dövrdə isə inzibati-ərazi vahidi kimi Dərbənd anlayışına hansı ərazilərin daxil olması aydınlaşdırılmış, həmçinin əhalinin yaş-cins strukturu, etnik və dini mənsubiyyəti, sosial tərkibi, təhsil səviyyəsi öyrənilmişdir. Müəllif bu fəsildə düzgün olaraq Dərbəndin aborigen əhalisinin yalnız Azərbaycan türklərindən ibarət olduğunu qeyd etmiş, digər etnosların bu şəhərə köçürülməsini yalnız I Pyotrun Xəzərsahili ərazilərə yürüşündən sonrakı dövrdə özünə sosial-etnik dayaq yaratmaq məqsədilə həyata keçirdiyini vurğulamışdır.
Monoqrafiyanın “Demoqrafik proseslər və miqrasiya” adlı üçüncü fəslində əhalinin təbii hərəkəti anlayışı - nikah, doğum, ölüm və əhalinin yeniləşməsi kimi mühüm göstəricilərə xüsusi diqqət yetirilir.
Tədqiqatın sonuncu “Əhalinin sosial-iqtisadi xarakteristikası” adlı dördüncü fəslində isə Dərbənd əhalisinin əsas məşğuliyyəti olan əkinçilik, üzümçülük, bağçılıq, bostançılıq, heyvandarlıq, balıqçılıq, ticarət və sənətkarlığın müxtəlif növləri araşdırılmışdır. Eyni zamanda, Dərbənd əhalisinin sosial-iqtisadi durumunu obyektiv əks etdirmək üçün əhali üzərinə qoyulmuş vergi və mükəlləfiyyətlər barədə məlumat verilmiş, həmçinin çarizmin vergi siyasətinin mahiyyət və xarakteri də şərh olunmuşdur. Müəllif öz tədqiqatını əhatəli və elmi cəhətdən əsaslandırılmış Nəticə ilə yekunlaşdırır. Monoqrafiyanın ən uğurlu cəhəti bu mühüm tədqiqat işində arxiv materiallarından, xüsusilə Azərbaycan Respublikası Milli Dövlət Tarix Arxivinin, Mahaçqala Mərkəzi Dövlət Arxivinin, Rusiya Xarici Siyasət Arxivinin, Rusiya Dövlət Hərbi Tarix Arxivinin və Rusiya Dövlət Qədim Sənədlər Arxivinin sənədlərindən geniş istifadə olunmasıdır. Müəllif həmçinin monoqrafiyanın Əlavələr hissəsində Azərbaycan Tarixi Atlasına istinad edərək (e.ə. IV əsrdən-XX əsrin əvvəllərinədək) 17 xəritə vermişdir ki, bu da Dərbənd şəhərinin Rusiya işğalına qədərki uzun tarixi dövr ərzində Azərbaycanın sərhədləri çərçivəsində olduğunu bir daha sübut edir.
Asəf Hacıyevin “Dərbənd XIX-XX əsrin əvvəllərində” adlı monoqrafiyasını Dərbənd tarixinin araşdırılması sahəsində tarixşünaslığımızın mühüm uğuru hesab edirəm. Əsərin geniş oxucu dairəsində maraqla qarşılanacağına şübhə etmirəm və müəllifə yeni yaradıcılıq uğurları arzulayıram.
Yaqub Mahmudov
AMEA-nın həqiqi üzvü,
Əməkdar elm xadimi,
Dövlət Mükafatı Laureatı
Xəbər lenti
Hamısına baxDünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33

