Probasiya xidmətinin işi müasir tələblər səviyyəsində qurulub
26.01.2018 [10:12]
Probasiya xidmətinin ötən dövrdəki fəaliyyəti müzakirə olunub
Ədliyyə Nazirliyində Probasiya xidmətinin yerli qurumlarının rəhbərlərinin və probasiya üzrə icra məmurlarının iştirakı ilə 2017-ci ildə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işlərin və xidmətin qarşısında duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Vilayət Zahirov Azərbaycan Prezidenti İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamına əsasən Probasiya xidmətinin yaradılması üzrə görülən tədbirlərdən danışıb, bununla bağlı qanunvericiliyin təkmilləşdirilməsini, probasiya nəzarətinin təsbit olunmasını qeyd edib, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında probasiya xidmətinin mühüm rolunu vurğulayıb.
Sonra Probasiya xidmətinin rəisi Akşin Ziyadov qurumun ötən dövrdəki fəaliyyəti və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib. Bildirilib ki, azadlıqdan məhrumetmə cəzasının tətbiqinin azaldılması və daha çox alternativ cəzalara üstünlük verilməsi məqsədilə dövlətimizin başçısı tərəfindən təsis edilmiş Probasiya xidmətinin işinin müasir tələblər səviyyəsində qurulması, cəzaların icrası zamanı müasir elektron nəzarət vasitələrinin geniş tətbiqi ilə bağlı Xidmətin monitorinq mərkəzinin təşkili üzrə tədbirlər görülür.
Qeyd olunub ki, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası diqqətdə saxlanılaraq, 2017-ci ildə 6.820 şəxsin cəza müddəti başa çatıb və ya təyin olunmuş cəzası tam icra edilib, yeni cinayət törədən məhkumların sayı 10 faiz azalıb. Cərimə və islah işləri cəzalarının icrası ilə bağlı dövlət büdcəsinə ödənilən vəsaitin məbləği artaraq 1,5 milyon manata çatıb.
Eyni zamanda, 2017-ci il 17 oktyabr tarixli Qanunla Cinayət Məcəlləsinə mühüm dəyişikliklər edilərək, bir çox əməllərin dekriminallaşdırılması yüzlərlə məhkumun cəzalardan azad olunmasına və ya yüngülləşdirilməsinə səbəb olub. Probasiya xidməti tərəfindən yeni qanunun təsiri altına düşən şəxslərin dairəsi müəyyən olunaraq həmin məhkumlar barədə məhkəmələrə müvafiq təqdimatlar göndərilib.
Görülən işlərlə yanaşı, iclasda bu sahədə nöqsan və çatışmazlıqlar qeyd olunaraq cərimə və ictimai işlər növündə cəzaların icrasına diqqətin artırılması, məhkumların cəzadan yayınmasının qarşısının alınması, onlarla aparılan islah və tərbiyə işinin keyfiyyətinin artırılması, probasiya nəzarətinin səmərəli təşkili ilə bağlı tapşırıqlar verilib, yerli qurumların rəhbərləri dinlənilərək, mövcud problemlərin həlli yolları təhlil edilib.
Müşavirəyə yekun vuran nazir müavini azadlıqdan məhrumetməyə alternativ cəzaların vaxtında və dürüst icrasına nail olunması, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, probasiya üzrə icra məmurlarının peşəkarlığının artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi ilə bağlı konkret tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxDünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10

