“Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə şahmat üzrə master-klass keçirilib
16.03.2018 [10:01]
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) “Çempionla üz-üzə” layihəsi çərçivəsində Azərbaycan Şahmat Federasiyası ilə birgə Quba şəhərində şahmat üzrə təlim və master-klass təşkil edib. Quba rayonu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbində keçirilən ustad dərsini beynəlxalq dərəcəli qrossmeyster, üçqat Avropa çempionu Rauf Məmmədov aparıb.
AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində məqsəd yeniyetmə və gəncləri asudə vaxtlarını səmərəli keçirməyə, zehni məşğələlərə stimullaşdırmaq, eləcə də onların peşəkar idmançı kimi yetişməsinə təkan vermək olub.
Məktəbin direktoru, beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılov Azərbaycanda şahmatın böyük inkişaf yolu keçdiyini və hazırda ölkəmizin dünyanın intellektual mərkəzlərindən biri kimi tanındığını bildirib. Qeyd edib ki, Azərbaycan şahmat məktəbinin uğurlu, görkəmli yetirmələri var. O, bu görüşün gənc şahmatçıların bacarıqlarının inkişafına, onların beynəlxalq dərəcəli qrossmeyster, dünyanın ən güclü 40 şahmatçısının sırasında olan Rauf Məmmədovdan öyrənməyə imkanlar yaratdığını bildirib.
Tədbirdə gənc şahmatçılarla 16 taxtada eyni vaxtda oyun seansı keçirilib.
İştirakçılar arasında Qubanın beynəlxalq yarışlarda uğur qazanmış iki yetirməsi - şahmat üzrə məktəblilərin Avropa çempionatının gümüş mükafatçısı Sevil Tahirova (2017-ci il, Monteneqro) və bürünc mükafatçısı Fərid Məlikov (2016-cı il, Yunanıstan) da olub. Məhz həmin yeniyetmələrdən biri - Fərid Məlikov Rauf Məmmədovla oyunu qələbə ilə bitirib. Daha üç məktəbli isə heç-heçəyə nail olub.
Oyunda fərqlənən məktəblilər kubok, sertifikat və hədiyyələr, bütün iştirakçılar isə sertifikat və hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, “Regional İnkişaf” İctimai Birliyi regionlarda yeniyetmə və gənclərdə idmana marağın aşılanması, onların sağlam ruhda tərbiyə edilməsi istiqamətində mütəmadi olaraq müxtəlif layihələr və tədbirlər həyata keçirir.
Xəbər lenti
Hamısına baxDünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09

