Nəsimi rayonunda seçicilər sərbəst şəkildə seçdikləri namizədə səs veriblər
12.04.2018 [10:59]
Rayonda seçkiləri izləyən beynəlxalq müşahidəçilər prosesin şəffaf və qanunvericiliyə uyğun keçdiyini bildiriblər
Dünən ölkəmizdə növbəti prezident seçkiləri keçirilib. Paytaxtın digər rayonlarında olduğu kimi, Nəsimi rayonunda da seçici fəallığı yüksək olub. Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızının verdiyi məlumata görə, Nəsimi rayonunda üç seçki dairəsi və 78 məntəqə fəaliyyət göstərir. Hər üç seçki dairəsi üzrə cəmi 95 min 500 seçici qeydiyyata alınıb.
Millət vəkili qeyd edib ki, Nəsimi rayonunda seçkilər tam demokratik, şəffaf və yüksək əhval-ruhiyyədə keçib. Seçicilər səsverməyə böyük həvəslə gəliblər.
Yeri gəlmişkən, elə baş çəkdiyimiz 22 saylı Nəsimi II seçki dairəsi və 23 saylı Nəsimi-Səbail seçki dairəsində seçkilərin azad və demokratik şəraitdə keçdiyini həm seçicilər, həm də beynəlxalq müşahidəçilər qeyd ediblər.
23 saylı Nəsimi-Səbail seçki dairəsinin 11 saylı seçki məntəqəsinin sədri Azər Babayev seçici siyahısında 1155 nəfərin adının olduğunu deyib, prosesin gedişatını müsbət qiymətləndirib: “Seçici fəallığı yüksək səviyyədə olub, seçkilər normal şəraitdə baş tutub. Seçki məntəqələrində seçicilərin rahat şəraitdə səs vermələri, müşahidəçilərin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb. Gün ərzində məntəqədə müşahidə aparan xarici müşahidəçilər də səsvermənin normal getdiyinin, heç bir qanun pozuntusunun baş vermədiyinin şahidi olublar”.
Həmin məntəqədə seçki prosesini müşahidə edən YAP-ın nümayəndəsi Rəşad Hacıyev də səsvermənin yüksək səviyyədə getdiyini söyləyib: “İnsanlar sərbəst şəkildə öz səslərini veriblər. Seçkilər qanunvericiliyə uyğun aparılıb, heç bir pozuntu müşahidə olunmayıb”.
23 saylı Nəsimi-Səbail seçki dairəsinin 1238 seçicinin qeydiyyatda olduğu 5 saylı məntəqəsinin sədri İlahə Carçıyeva da seçici fəallığının yüksək olduğunu deyib.
Həmin məntəqədə ilk dəfə səs verən 18 yaşlı Mədinə Camalova isə seçkidə iştirakının onda xoş təəssürat yaratdığını deyib: “Tamamilə sərbəst şəkildə, heç bir təzyiq olmadan öz namizədimə səs verdim”.
23 saylı Nəsimi-Səbail seçki dairəsinin 1 saylı məntəqəsində də seçicilərin yüksək fəallığı müşahidə olunub. Məntəqənin sədri Leyla Baxşıyevanın verdiyi məlumata görə, proses şəffaf şəkildə həyata keçirilib. Məntəqədə vətəndaşlara azad şəkildə səs vermək üçün hər bir şərait yaradılıb. Seçkini müşahidə edən siyasi partiyaların nümayəndələri də bildiriblər ki, seçki prosesinə heç bir kənar müdaxilə edilməyib. Məsələn, Müasir Müsavat Partiyasından müşahidəçi qismində seçkini izləyən Həcər Əliyeva bildirib ki, seçki azad və ədalətli şəkildə keçirilib.
“Prezident seçkiləri sakit və demokratik şəraitdə keçir, çox vacib amil odur ki, insanlar seçkilərə böyük əhval-ruhiyyə ilə gəlirlər”. Bu sözləri 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 9 saylı məntəqəsində səsvermə prosesini izləyən monteneqrolu müşahidəçi Sekulic Predrag “Yeni Azərbaycan” qəzetinə açıqlamasında deyib. O, bir neçə dəfə Azərbaycanda keçirilən səsvermə proseslərini müşahidə etdiyini bildirib: “Prezident seçkiləri bu il ölkənin həyatında əsas hadisədir. Şübhəsiz, bu seçkilər dövlətin və cəmiyyətin inkişafına təsir göstərəcək. Biz bir sıra seçki dairələrində və seçki məntəqələrində olmuşuq. Xarici ölkələrdən müşahidəçilərin dəvət edilməsi onu göstərir ki, Azərbaycanda prezident seçkiləri açıq və sərbəst keçirilir”.
22 saylı Nəsimi II seçki dairəsinin 28 saylı məntəqəsində də seçki prosesi seçicilərin yüksək fəallığı ilə davam edib. Məntəqənin sədri Sədrəddin Nəbiyev seçici siyahısında 1358 nəfərin adının olduğunu deyib: “Əminliklə deyə bilərəm ki, seçkilər yüksək səviyyədə baş tutub. İnsanlar məntəqəyə böyük həvəslə öz seçimlərini etməyə gəlirdilər”.
S.Nəbiyevin verdiyi məlumata görə, məntəqədə səs verən ən yaşlı seçici isə 1926-cı il təvəllüdlü Əzim İbrahimov olub.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

