“Azərbaycanda qeyri-hökumət təşkilatları: tarix və inkişaf” kitabının təqdimatı olub
03.05.2018 [09:41]
Mayın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin “Azərbaycanda qeyri-hökumət təşkilatları: tarix və inkişaf” adlı kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabın elmi redaktoru Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov, rəyçiləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birinci prorektoru, professor Əlikram Abdullayev, Avropa İnsan Haqları Məhkəməsinin hakimi, professor Lətif Hüseynov, Birmingem Universitetinin professoru, Avropa Şurasının Venesiya Komissiyasının eksperti Jeremi Makbrayd, Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu və AMEA-nın Fəlsəfə İnstitutunun professoru Rəna Mirzəzadədir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Hikmət Babaoğlu, Azərbaycan Turizm və Menecment Universitetinin kafedra müdiri İsrayıl İsgəndərov, Dövlət İdarəçilik Akademiyasının dosenti İnşallah Qafarov, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri Rauf Zeyni, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu və başqaları kitabın əhəmiyyətindən danışıblar. Bildirilib ki, bu monoqrafiya vətəndaş cəmiyyəti quruculuğu istiqamətində gedən prosesləri əks etdirən yeni və aktual elmi mənbədir. Müəllif elmi tədqiqatında QHT-nin yaranma tarixini və inkişafını, ictimai sektorun təkamül mərhələlərini geniş araşdırıb, bu sahədə milli və beynəlxalq təcrübəni müqayisəli şəkildə tədqiq və təhlil edib. Vətəndaş cəmiyyəti haqqında mövcud nəzəriyyələrə müəllifin elmi baxışı və yaradıcı mövqeyi, onun qaldırdığı bir sıra aktual məsələlər monoqrafiyanın dəyərini daha da artırır.
Sonda çıxış edən müəllif Azay Quliyev kitab haqqında məlumat verib.
Xəbər lenti
Hamısına baxMaraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37

