Xalıq Yahudov: Gənclərə qayğı dövlət siyasətinin mühüm tərkib hissəsidir
04.05.2018 [10:14]
Mayın 3-də Azərbaycan Texniki Universitetində (AzTU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki konfransı öz işinə başlayıb.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Ulu öndərin universitetdəki büstü önünə güllər düzüb, xatirəsini ehtiramla yad ediblər. Tədbirdə AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirilməsindən, gənclərin inkişafına göstərilən dövlət qayğısından danışıb. Ölkəmizdə gənclərə qayğının dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu qeyd edən rektor əvəzi Ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinin hərtərəfli inkişafına, o cümlədən təhsilinə diqqət və qayğısını vurğulayıb. X.Yahudov Ulu öndərin “Dövlət gənclər siyasəti haqqında” 1999-cu il 29 iyul tarixli Fərmanının əhəmiyyətindən danışıb. Bildirilib ki, əsası Ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatının əsası intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən asılıdır. Təhsil sahəsində aparılan islahatlar da gənclər siyasətinin vacib istiqamətlərindəndir. Rektor əvəzi bildirib ki, son illər aparılan islahatlar gənclərin hərtərəfli inkişafının təmin olunması istiqamətində şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib.
Konfransın plenar iclasında tələbə və gənc tədqiqatçıların “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, “Yüksək sürətli frez alətlərinin təhlükəsiz və etibarlı tətbiqinin yeni metodunun işlənməsi” və “Planetar reduktorların axtarışla konstruksiya edilməsi” mövzularında məruzələri dinlənilib.
Konfrans işini “Avtomatika və kompüter texnikası”, “Nəqliyyat”, “Elektrotexnika və energetika”, “Metallurgiya”, “Maşınqayırma”, “Radiotexnika və rabitə”, “Mühəndis biznesi və menecment”, “Xüsusi texnika və texnologiya”, “Təbiət və fundamental elmlər”, “Humanitar elmlər” və “Dillər” bölmələri üzrə davam etdirib.
Ümumilikdə respublikanın 44 müxtəlif müəssisəsinin cəlb olunduğu konfransa 828 məqalə təqdim edilib. Məqalələrdən 627-si AzTU əməkdaşları tərəfindən, 144-ü isə kənar müəssisələr tərəfindən göndərilib.
Konfrans mayın 5-də başa çatacaq.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

