Muxtar respublikada soyuducu anbarlara 3 min tona yaxın məhsul qəbul olunub
10.08.2018 [08:41]
İyun ayından etibarən Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanılması və satışı üzrə müasir soyuducu anbarlara meyvə və tərəvəzin qəbulu aparılır.
Muxtar respublikanın İqtisadiyyat Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, kənd təsərrüfatı üzrə ixtisaslaşmış sahibkarların fəaliyyətinin stimullaşdırılması məqsədilə avqustun 1-dək soyuducu anbarlara tələbatdan artıq istehsal edilmiş 2942,12 tona yaxın məhsul qəbul olunub. Bunun 2875,83 tonu kartof, 4,28 tonu soğan, 27 tonu ərik, 14,23 tonu alma, 0,2 tonu sarımsaq, 13,35 tonu kələm məhsuludur. Hazırda soyuducu anbarlar tərəfindən kartof 25-40, soğan 25-35, alma isə 50-80 qəpiyə tədarük edilir.
Yerli investisiyalar əsasında muxtar respublikada soyuducu anbarların ümumi tutumu 14 min 245 tona çatdırılıb. Bu anbarların yaradılması həm məhsulları qış dövründə istehlakçıya çatdırmağa, həm də ixracı artırmağa imkan verir. Eyni zamanda, anbarların hər biri yeni iş yerlərinin açılması ilə yanaşı, əhalinin meyvə-tərəvəz məhsullarına tələbatının bütün fəsillərdə yerli istehsal hesabına ödənilməsində mühüm rola malikdir.
Naxçıvanda sahibkarlığın yeni mərhələyə qədəm qoyması nəticəsində ənənəvi fəaliyyət sahələrində innovasiyaların tətbiqi genişlənir. Belə gəlirli sahələrdən biri də istixana kompleksləridir. Bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir, sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyi göstərilir, yeni istixana kompleksləri yaradılır. Hazırda muxtar respublikada 129 min 162 kvadratmetr sahədə tərəvəz məhsullarının yetişdirilməsi üzrə ixtisaslaşdırılmış 22 istixana təsərrüfatı fəaliyyət göstərir. Cari ilin ötən dövrü ərzində Şərur rayonunun Arpaçay kəndində fiziki şəxs Abdulla Adıgözəlova istixana təsərrüfatını genişləndirmək üçün 50 min manat həcmində maliyyə dəstəyi göstərilib.
Bu il istixana komplekslərində yetişdirilən 358 ton tərəvəz məhsulları istehlak bazarını davamlı təchiz edib.
“İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin laboratoriyası tərəfindən soyuducu anbarlara tədarük olunan və istixana komplekslərində yetişdirilən məhsullardan 35 halda orta nümunələr götürülərək keyfiyyət göstəriciləri təhlil edilib, 704 halda səyyar laboratoriya yoxlamaları aparılıb və göstəricilərin normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilib.
Muxtar respublikada bu kimi məsələlərin vacibliyinin lazımınca qiymətləndirilməsinin nəticəsidir ki, aqrar sahədə müsbət irəliləyişlər əldə olunub və bu istiqamətdə işlər uğurla davam etdirilir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45

