Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilib
21.09.2018 [09:05]
Sentyabrın 20-də Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin komitə sədri Eldar İbrahimov, deputatlar Hüseynbala Mirələmov, Cavanşir Paşazadə, Bakı və Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr, Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev də aksiyaya qoşulublar.
Qanvermə aksiyasından sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə müsahibəsində deyib: “Aşura günü imam Hüseynin (ə) şəhid olduğu və ədalətin bərpa edildiyi gündür. Kərbəla çölündə imam Hüseyn (ə) şəhid olarkən “mənim ölümümdə bir həyat var” deyib. Biz artıq neçə illərdir ki, şəhidlərimizi yad edir və eyni zamanda, qan verməklə həyat veririk. Biz Kərbəla şəhidləri ilə birlikdə həm də torpaqlarımızın azadlığı uğrunda şəhid olan övladlarımızı yad edirik. Bu gün qan verməklə həm də kimlərəsə can veririk. Aşura günündə baş yarmaq, zəncir vurmaq, qan çıxarmaq olmaz. Buna heç imam Hüseyn özü də razı olmazdı”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı müsahibəsində bildirib ki, son illər yaranmış ənənəyə görə ölkə vətəndaşları Aşura günü qanvermə aksiyasında iştirak edirlər. Bu il də həmin ənənəyə uğun olaraq çoxsaylı vətəndaşlar könüllü olaraq həmin aksiyada iştirak edirlər. Aksiyanın çox böyük mənəvi, siyasi və psixoloji əhəmiyyəti var. Artıq bu ənənədən bir çox qonşu ölkələrdə, o cümlədən İran və Türkiyədə də nümunə kimi istifadə edilir. Bu, ümumən bütün dünya, eləcə də İslam dünyası üçün çox yaxşı bir nümunədir.
Aksiyanın digər iştirakçıları qanvermənin əhəmiyyətindən danışıb, bunu xüsusilə də sağlamlıq problemləri olanlar üçün faydalı bir təşəbbüs kimi qiymətləndiriblər.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

