“Bakcell”dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
26.09.2018 [08:58]
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi olan Bakcell şirkəti özünün yeni “DaimOnline” tarif paketlərini abunəçilərinə tanıtmaq məqsədilə maraqlı aksiya və onlayn müsabiqə təşkil edib.
Aksiya çərçivəsində Bakının mərkəzində - “Fəvvarələr Meydanı”nda xüsusi “DaimOnline” çadırı quraraq qonaqlara “Foto monitor” və “İnsta Print” kimi əyləncələrdə iştirak edib maraqlı hədiyyələrə sahib olmaq imkanı verilir. Stendin ziyarətçiləri burada həmçinin yeni “DaimOnline” tarif paketləri barədə ətraflı məlumat əldə edə bilərlər.
Gənclərin daha çox sosial şəbəkələr və mesajlaşma tətbiqetmələrindən istifadə etməyə üstünlük verdiyini nəzərə alaraq, Bakcell şirkəti bir müddət əvvəl yeni “DaimOnline” paketlərini təqdim edib. Üç variantda və müvafiq olaraq 6, 10 və 20 manat aylıq abunə haqqı ilə təklif olunan yeni tarif paketləri sayəsində istifadəçilər limitsiz “WhatsApp”, “Facebook” və “Instagram” istifadəsi ilə yanaşı qiqabaytlarla internet və bol-bol şəbəkədaxili dəqiqələrdən yararlana bilirlər. Limitsiz “WhatsApp”, “Facebook” və “Instagram” imkanı təqdim edən yeni “DaimOnline” tarif paketlərini istifadəyə verməklə, Bakcell gənc abunəçiləri limitsiz ünsiyyət üçün tam sərbəstliklə təmin edib. Bu yeni tariflər sayəsində gənclər daim onlayn olmaq imkanı əldə ediblər.
Bundan əlavə, Bakcell özünün rəsmi “Instagram” və “Facebook” səhifələrində onlayn müsabiqə keçirir. Müsabiqənin şərtlərinə əsasən, iştirakçılar yuxarıda qeyd olunan sosial şəbəkələrdə “Bakcell”in səhifəsinə abunə olmalı və “Fəvvarələr Meydanı”nda quraşdırılmış xüsusi “DaimOnline” çadırının yanında şəkil çəkdirib #DaimOnlineBakcell həşteqi ilə paylaşmalıdır. Müsabiqədə I, II və III yer tutan iştirakçılara “Bakcell”dən müvafiq olaraq 300 AZN, 200 AZN və 100 AZN dəyərində hədiyyə kartları təqdim ediləcək. Qeyd edək ki, müsabiqədə yalnız Bakcell abunəçiləri iştirak edə bilər. Biznes və ya bağlı sosial şəbəkə profilinə malik olan istifadəçilərə hədiyyə təqdim olunmur. Sözügedən aksiya 28.09.2018-ci il tarixinə qədər davam edəcək, onlayn müsabiqə isə 27.09.2018-ci il tarixində saat 23:59-da bitəcək. Qaliblər “random.org” saytı vasitəsilə müəyyən ediləcək və 01.10.2018-cil tarixində “Bakcell”in “Instagram” və “Facebook” səhifələrində elan olunacaq.
Dəyərli hədiyyə qazanmaq istəyirsinizsə, “Fəvvarələr Meydanı”na tələsin, Bakcell stendində şəkil çəkdirib müsabiqəyə qatılmağa hələ də vaxt var.
İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan Bakcell müasir rabitə xidmətləri istifadəçilərinə yenilənmiş, rahat və yenilikçi tariflər, məhsullar və xidmətləri təklif etməyə davam edəcək.
Bakcell şirkətinin yeni “DaimOnline” tarifləri və digər sərfəli və innovativ təkliflər barədə daha ətraflı məlumat almaq üçün www.bakcell.com səhifəsinə və yaxud “Bakcell”in rəsmi “Instagram” və “Facebook” səhifələrinə daxil olun.
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

