Bilik Fondunun Himayəçilik Şurasının yeni tərkibdə ilk iclası keçirilib
02.10.2018 [09:11]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının yeni tərkibdə ilk iclası keçirilib.
Bu barədə AZƏRTAC-a Bilik Fondunun mətbuat xidmətindən məlumat verilib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə keçirilən iclasda Bilik Fondunun Himayəçilik Şurasının üzvləri - Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov, mədəniyyət naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Prezident yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, həmçinin təhsil nazirinin müavini Firudin Qurbanov iştirak ediblər.
Fondun icraçı direktoru O.Səmədov Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 7 may tarixli Fərmanı ilə yaradılmış Bilik Fondunun ölkə əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması istiqamətində həyata keçirdiyi layihələr, maarifləndirici proqramlar üzrə təşkil olunan mühazirələr, elmi-praktik konfranslar və seminarlar, müzakirələr və təqdimatlar, sərgilər və müsabiqələr, bölgələrdə fəaliyyət göstərən Bilik evlərində yerli gənclər üçün təşkil olunan təlim kursları və dərnəklər barədə geniş məlumat verib.
Himayəçilik Şurasının üzvü, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Bilik Fondunun dördillik fəaliyyətini müsbət dəyərləndirərək, dövlətimizin başçısının Sərəncamı ilə təyin olunmuş Şura üzvlərinin onlara göstərilən yüksək etimadı doğruldacaqlarına əmin olduğunu bildirib.
Prezidentin köməkçisi Bilik Fonduna dövlətin geniş ictimaiyyətə çatdırmaq istədiyi fikir və ideyaların sistemləşdirilməsi, milli təbliğatın forma və məzmun müxtəlifliyinin təmin olunması, Şura üzvlərinin Bilik Fondunun paytaxt və bölgələrdə keçirdiyi tədbirlərə dəvət edilməsi, Fond vasitəsilə xalqımızın tarixi və mədəniyyətinin, milli-mənəvi dəyərlərinin gənc nəslə daha yaxından tanıdılması, əhalinin maarifləndirilməsində kütləvi informasiya vasitələrinin imkanlarından daha geniş istifadə edilməsi, Azərbaycan reallıqlarının sosial şəbəkə istifadəçilərinin geniş auditoriyasına dəqiq və düzgün çatdırılması məqsədilə yeni maarifləndirici veb-saytın yaradılması ilə bağlı tövsiyələr verib.
Çıxış edənlər Bilik Fondunun gələcək fəaliyyəti barədə fikir və mülahizələrini bölüşüb, təklif və tövsiyələrini səsləndiriblər.
Mədəniyyət naziri Əbülfəs Qarayev Bilik Fondunun nazirliklə, müvafiq müəssisə və təşkilatlarla, xüsusilə də bölgələrdə fəaliyyət göstərən Mədəniyyət evləri, şəhər və rayon kitabxanaları ilə sıx əməkdaşlıq etdiyini bildirib, mövcud əlaqələrin genişlənməsinin zəruriliyini qeyd edib, Fond vasitəsilə sahibkarların gənclərin mədəni maarifləndirilməsi, sərgi və muzeylərlə daha yaxından tanış edilməsi, kino və teatr sənətinə maraqlarının artırılması, kitabxanaların zənginləşdirilməsi işinə cəlb edilməsinin vacibliyini vurğulayıb.
Gənclər və idman naziri Azad Rəhimov gənc nəslin vətənə məhəbbət və dövlətə sadiqlik ruhunda tərbiyə olunmasında Bilik Fondunun böyük imkanlara malik olduğunu vurğulayaraq, bölgələrdə fəaliyyət göstərən Gənclər evləri və Olimpiya komplekslərində keçirilən maarifləndirici tədbirlərin mütəmadiliyinin təmin olunmasında, Bilik Fondunun nazirlik və ona tabe qurumlarla birgə layihələrinin icrasında yardımçı olacağını bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Bilik Fondunun rəhbərlik etdiyi qurumla birgə həyata keçirdiyi layihələri, o cümlədən cəmiyyətdə böyük maraqla qarşılanan “Ailəliklə kitabxanaya” layihəsini xatırladaraq, Fondun maarifləndirici fəaliyyətində azərbaycançılıq məfkurəsinin, xalqımıza məxsus milli-mənəvi və əxlaqi dəyərlərin davamlı təbliğinə, gənclərin elmi biliklərinin artırılması, maarifləndirmə prosesində informasiyanın onlara düzgün çatdırılması ilə bağlı tədbirlərə xüsusi yer ayrılmasının vacibliyini qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı rəhbərlik etdiyi qurumun Bilik Fondu ilə sıx əməkdaşlığına diqqət çəkərək, maarifləndirmə işinin təşkilində dinləyici auditoriyasının düzgün seçiminə, bu istiqamətdə fəaliyyət göstərən müəssisə və təşkilatların Bilik Fondu vasitəsilə əlaqələndirilməsinə, əhalinin dini maarifləndirilməsinə xidmət edən sənədli və bədii filmlərin çəkilişinə xüsusi diqqət yetirilməsini tövsiyə edib. Komitə sədri sadalanan sahələrdə Bilik Fondu ilə əməkdaşlığa gələcəkdə də xüsusi önəm veriləcəyini bildirib.
Təhsil nazirinin müavini Firudin Qurbanov Bilik Fondunun ölkənin təhsil müəssisələrində, xüsusilə orta məktəblərdə təşkil etdiyi tədbirlərin əhəmiyyətindən söz açıb, yeniyetmə və gənclərin ekoloji tərbiyəsinə, müxtəlif məzmunlu layihələrin birgə həyata keçirilməsinə, yerlərdə maarifləndirici mövzulara tələbatın sosioloji sorğular vasitəsilə öyrənilməsinə diqqət yetirilməsini tövsiyə edib və bildirib ki, təmsil etdiyi nazirlik yeniyetmə və gənclərin təlim və tərbiyəsində Bilik Fondu ilə əməkdaşlığın daha da möhkəmlənməsində maraqlıdır.
İclasa yekun vuran Himayəçilik Şurasının sədri, AMEA-nın prezidenti, akademik Akif Əlizadə elmlə təhsilin inteqrasiyasında Bilik Fondunun fəal iştirakının təmin edilməsi, alimlərin gənclərlə canlı ünsiyyətə cəlb edilməsi, elmi turların və ekspedisiyaların təşkilinə dəstək göstərilməsi ilə bağlı məsələlərdən söz açıb, maarifləndirici layihələrdə AMEA institutlarının elmi kadr potensialından daha səmərəli istifadə edilməsinin vacibliyini diqqətə çatdırıb.
Akademik Şura üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və Fondun yeni tərkibli Şuranın himayəçiliyi altında ölkədə bilikli insan kapitalının formalaşmasında bundan sonra da fəal iştirak edəcəyinə əmin olduğunu bildirib.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

