Dövlət Gömrük Komitəsində elektron növbə sistemi layihəsinin təqdimatı olub
17.10.2018 [08:37]
Oktyabrın 16-da Dövlət Gömrük Komitəsində Estoniya mütəxəssisləri tərəfindən hazırlanan və bir sıra ölkələrin sərhədlərində tətbiq edilən “Nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən keçməsinin tənzimlənməsi məqsədilə yaradılan elektron növbə sistemi” layihəsinin təqdimatı keçirilib.
Komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildiriblər ki, təqdimat mərasimində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Estoniya Respublikasının müvəqqəti işlər vəkili xanım Mariya Tasa, Estoniya-Azərbaycan Ticarət Palatasının sədri xanım Jana Kumpe və layihəni hazırlayan şirkətin nümayəndəsi Marius Kutateladze, komitə sədrinin müavinləri, baş idarə rəisləri və komitənin əməkdaşları iştirak ediblər.
Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi gömrük sistemində də mütərəqqi islahatlar həyata keçirilir. Bu islahatların məqsədi beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılması, daxili istehsalın, ixrac və tranzit potensialının artırılması, vətəndaş məmnuniyyətinin maksimum səviyyədə təmin olunmasıdır. Qeyd edilib ki, gömrük sistemində aparılan və artıq birinci mərhələsi başa çatan islahatlar çərçivəsində informasiya texnologiyalarının tətbiqi hesabına bir sıra innovasiya layihələri həyata keçirilir. Əsas hədəflərdən birinin də gömrük-sərhəd keçid məntəqələrində elektron növbə sisteminin tətbiqi hesabına sıxlıqların aradan qaldırılması olduğunu deyən komitə sədri bu cür layihələrin ətraflı şəkildə öyrənilərək reallaşdırılmasının vacibliyini vurğulayıb.
Estoniya Respublikasının müvəqqəti işlər vəkili xanım Mariya Tasa və Estoniya-Azərbaycan Ticarət Palatasının sədri xanım Jana Kumpe ölkələrimiz arasındakı iqtisadi münasibətlərin hazırkı vəziyyətindən məmnunluqla bəhs edərək gömrük sahəsindəki əməkdaşlığın və əlaqələrin daha da inkişaf etdirilməsinə şərait yaradacağını bildiriblər.
Daha sonra estoniyalı mütəxəssis Marius Kutateladze tərəfindən “Nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən keçməsinin tənzimlənməsi məqsədilə yaradılan elektron növbə sistemi”nin təqdimatı keçirilib və “Növbələrin idarə olunması” adlı videoçarx nümayiş olunub.
Tədbirin sonunda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54

