Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətinin ilkin nəticələri açıqlanıb
25.10.2018 [08:39]
Azərbaycan İlahiyyat İnstitutunda qəbul üzrə ayrılmış plan yerləri 100 faiz dolub və burada 103 tələbə təhsil alır.
AZƏRTAC xəbər verir ki, bu məlumatı Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) fəaliyyətinin ilkin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında rektor Ceyhun Məmmədov açıqlayıb. O, institutun Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradıldığını xatırladıb.
İnstitutun fəaliyyəti, reallaşdırılan layihələr və perspektivlər barədə danışan rektor bildirib ki, Aİİ 2018-2019-cu tədris ilində fəaliyyətinə islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə başlayıb. Bu ali təhsil müəssisəsi keyfiyyətli tədrisi təmin edəcək kadr potensialına malikdir. Dərslər ingilis və ərəb dillərində sərbəst şəkildə mühazirə oxuya bilən, öz sahəsində dərin akademik biliyə malik alimlər tərəfindən aparılır. Onların arasında Azərbaycanla yanaşı, Türkiyə, Böyük Britaniya, ABŞ, İran, Suriya və Portuqaliya kimi ölkələrdə akademik fəaliyyətlə məşğul olanlar var.
Qeyd olunub ki, Aİİ-də hazırda ilahiyyat fakültəsi və islamşünaslıq, dinşünaslıq, dillər və ictimai fənlər kafedraları mövcuddur. Təhsil iki istiqamətdə - islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə həyata keçirilir. İnstitutun təhsil standartlarının müəyyənləşdirilməsində Harvard, Oksford və Kembric universitetlərinin, eləcə də Şərqin qabaqcıl ali təhsil müəssisələrinin təcrübəsi geniş araşdırılaraq tətbiq olunub. Burada tədris Azərbaycan dilindədir. Gələcəkdə rus, ingilis və ərəbdilli bölmələrin açılması və müxtəlif ölkələrdən tələbələrin təhsilə cəlb olunmaları, həmçinin yəhudilik, xristianlıq, hinduizm və buddizm kimi böyük dünya dinlərinin müqəddəs mətnlərinin tədqiqi baxımından zəruri olan ivrit, qədim yunan, latın və sanskrit dillərinin tələbələrə öyrədilməsi məqsədilə xüsusi kursların təşkili planlaşdırılır.
Rektor diqqətə çatdırıb ki, institutda təhsil ödənişsizdir, tələbələr bütün fənlər üzrə pulsuz dərsliklərlə təmin edilib. Gələcəkdə tələbələrin pulsuz geyim, yemək və yataqxana ilə təmin olunmaları nəzərdə tutulur.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və digər çıxış edənlər institutun yaradılmasını təqdirəlayiq hal kimi qiymətləndiriblər.
Qeyd olunub ki, yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyət sahəsində yüksəkixtisaslı kadr hazırlığının təmin olunması məqsədilə yaradılan İlahiyyat İnstitutu Azərbaycan xalqının tarixi ənənələrə söykənən və dövlət siyasətinin məntiqi nəticəsidir.
Sonra tədbir iştirakçıları institutla tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

