/ / İTSDA pilot ərazilərdə ümumi əhali və pasiyentlər arasında keçirilən sorğuların nəticələrini açıqlayıb
İTSDA pilot ərazilərdə ümumi əhali və pasiyentlər arasında keçirilən sorğuların nəticələrini açıqlayıb
31.10.2018 [08:28]
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) “Sosial Tədqiqatlar üzrə Beynəlxalq Mərkəzi” İctimai Birliyi tərəfindən pilot ərazilərdə əhali (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) və pasiyentlər (Mingəçevir şəhəri, Yevlax rayonu) arasında keçirilmiş sorğuların nəticələri əsasında hazırlanan analitik hesabatları ictimaiyyətə təqdim edib. “İcbari tibbi sığorta sisteminin pilot ərazilərdə tətbiqinə dair ümumi əhalinin məmnunluğunun qiymətləndirilməsi üzrə sosioloji sorğu”da Mingəçevir şəhərindən 400, Yevlax rayonundan 325 və Ağdaş rayonundan 400 respondent iştirak edib.
Mingəçevir şəhəri və Yevlax rayonunda həm icbari tibbi sığortanın (İTS) tətbiqi dövrünü əhatə edən (2017-2018-ci illər, son 12 ay), həm də İTS-nin tətbiqindən əvvəlki dövrü əhatə edən müddətlər (2016-cı il, 12 ay), Ağdaş rayonunda isə yalnız İTS-nin tətbiqindən əvvəlki dövrü əhatə edən müddət (2017-ci il, 12 ay) üzrə sorğu aparılıb. İTS-nin Ağdaş rayonunda sorğunun keçirildiyi vaxtdan bir ay əvvəl tətbiq olunduğunu və burada yaşayan vətəndaşların İTS sistemi barədə az məlumatlı olduğunu nəzərə alaraq bəzi parametrlər üzrə ümumi əhalinin fikri bu regionda öyrənilməyib.
Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti İTS-nin tətbiq olunmasına müsbət münasibət bildirib. Mingəçevir şəhəri üzrə bu göstərici 88%, Yevlax rayonu üzrə 79.3%, Ağdaş rayonu üzrə isə 85.8% təşkil edir.
2017-2018-ci illərdə (son 12 ay) Yevlax rayonunda göstərilən tibbi xidmətlərdən ümumi əhalinin 88.6%-i, Mingəçevir şəhərində 86.5%-i, 2017-ci ildə (12 ay) Ağdaş rayonunda 76.7%-i məmnun olduğunu vurğulayıb. Sorğu zamanı respondentlər tərəfindən cibdən ödənişlərin ləğv olunması (Mingəçevir şəhəri üzrə 86.7%, Yevlax rayonu üzrə 85.8%), tibb müəssisəsinin sanitar-gigiyenik şəraiti (Mingəçevir şəhəri üzrə 89.7%, Yevlax rayonu üzrə 73.4%) və həyati vacib, dəyəri yüksək əməliyyatlara əlçatanlıq (Mingəçevir şəhəri üzrə 71.8%, Yevlax rayonu üzrə 74.5%) müsbət qiymətləndirilib.
Sorğunun nəticələri onu deməyə əsas verir ki, İTS-nin tətbiqindən sonra tibbi xidmətlər əldə etmək üçün maddi sıxıntı keçirən respondentlərin sayı kəskin şəkildə azalıb. Cərrahi əməliyyat olunan respondentlər arasında İTS-nin tətbiqindən əvvəlki və sonrakı dövrləri müqayisə etdikdə bu göstəricinin Mingəçevir şəhəri üzrə 59.3%-dən 4%-ə, Yevlax rayonu üzrə 61.8%-dən 3.1%-ə qədər endiyi müşahidə edilib. Respondentlərin maddi sıxıntı keçirməsi hallarının azalmasına səbəb isə pilot regionlarda yaşayan vətəndaşların baza zərfinə daxil olan 1829 adda tibbi xidmətdən ödənişsiz istifadə edə bilməsidir.
Ağdaş rayonunda keçirilən sorğu ümumi əhalinin İTS-nin tətbiqindən kifayət qədər nikbin gözləntilərinin olduğunu ortaya çıxarıb. Belə ki, respondentlərin 46.5%-i İTS-nin tətbiqinin cibdən ödənişlərin aradan qaldırılmasına, 56.5%-i əhalinin sağlamlığının yaxşılaşdırılmasına səbəb olacağını bildirib.
“İcbari tibbi sığorta sisteminin pilot ərazilərdə tətbiqinə dair pasiyentlərin məmnunluğunun qiymətləndirilməsi üzrə sosioloji sorğu”da Mingəçevir şəhərindən və Yevlax rayonundan eyni sayda pasiyent (hər regiondan 150 nəfər) iştirak edib. Sözügedən sorğu ölkə Prezidentinin Ağdaş rayonu üzrə İTS-nin tətbiqi ilə bağlı imzaladığı Fərmandan bir ay sonra keçirildiyi üçün bu pilot ərazidə İTS-nin tətbiqinə dair pasiyentlərin münasibətləri öyrənilməyib.
Sorğuda iştirak edən pasiyentlərin (Mingəçevir şəhəri və Yevlax rayonu) 90.3%-i İTS-nin tətbiqindən, 87.6%-i isə göstərilən tibbi xidmətlərdən məmnunluğunu bildirib.
Hesabatda göstərilir ki, pasiyentlərin əksəriyyəti səhhətləri ilə əlaqədar əsasən xəstəxanalara (86.7%) və Ailə Sağlamlıq Mərkəzlərinə (ASM) (82.5%) müraciət edir. ASM-lərdə əldə edilən tibbi xidmətlərdən məmnunluq səviyyəsi 92.6% təşkil edir. Respondentlərin 83.5%-i ödənişsiz tibbi xidmətlərə, 81.4%-i həyati vacib, dəyəri yüksək əməliyyatlara əlçatanlığı, 87.4%-i isə cibdən ödənişlərin ləğv olunmasını müsbət qiymətləndirib.
Sorğuların nəticələrindən məlum olub ki, İTS-nin tətbiqindən sonra tibbi xidmətlər əldə etmək üçün maddi sıxıntı keçirən pasiyentlərin sayı kəskin şəkildə azalıb. Cərrahi əməliyyat olunan respondentlər arasında İTS-nin tətbiqindən əvvəlki və sonrakı dövrləri müqayisə etdikdə bu göstəricinin Mingəçevir şəhəri üzrə 45.3%-dən 0.7%-ə, Yevlax rayonu üzrə isə 63.3%-dən 1.3%-ə qədər endiyi müşahidə edilib.
Qeyd edək ki, sorğular Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 fevral tarixli 1830 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mingəçevir şəhərinin, Ağdaş və Yevlax rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın pilot layihə olaraq tətbiqinə dair tədbirlər planı”nın 14-cü bəndinə əsasən keçirilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20

