“Reket” jurnalistika ilə məşğul olanlara qarşı ciddi tədbirlər həyata keçirilir
01.11.2018 [09:01]
Ekspertlərin qənaətincə, jurnalist adından sui-istifadə edərək “reketlik”lə məşğul olanlar hüquqi məsuliyyətə cəlb edilməlidirlər
Azərbaycanda hüquqi dövlət quruculuğu kontekstində şəffaflıq və bərabərlik həm də söz, fikir azadlığı məsələlərində təmin olunub. Ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda təsbit edilib və hər bir media təsisatı özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Məhz bu amil Azərbaycan mətbuatının inkişafına mühüm töhfələr verməklə yanaşı, medianın fəaliyyətində əsaslı keyfiyyət dəyişikliklərinin meydana gəlməsini şərtləndirib. Ölkəmizdə KİV-in inkişafı üçün müvafiq qanun və qərarların qəbul olunması, strateji xarakterli addımların atılması bu sahədə hüquqi əsasları daha da gücləndirib, media təsisatının funksionallığının artmasına səbəb olub. Bir sözlə, həyata keçirilən islahat xarakterli məqsədyönlü tədbirlər Azərbaycan milli mətbuatının səmərəli fəaliyyətinə real əlverişli şərait yaradıb. Amma bütün bunlara baxmayaraq, bir sıra şəxslər yaradılan bu münbit şəraitdən sui-istifadə etməyə çalışır, mediadan öz çirkin niyyətlərini həyata keçirmək üçün yararlanmağa cəhd edirlər. Bu cür qanun pozuntuları isə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və müvafiq tədbirlər görülür. Yeri gəlmişkən, Azərbaycan Respublikasının vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı ilə ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatların mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) araşdırılıb. DTX-nin ictimai əlaqələr şöbəsinin yaydığı məlumata görə, məhkəmə qərarı əsasında aparılmış əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqədə olduğu şəxslərlə birgə törətdiyi həmin silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb. İkram Rəhimov 2018-ci il oktyabrın 26-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Məsələyə münasibət bildirən “Teleqraf” MMC-nin direktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Aynur Camalqızı diqqətə çatdırıb ki, jurnalist adından sui-istifadə edərək “reketlik”lə məşğul olmaq yolverilməzdir. Uzun illərdir ki, Mətbuat Şurasının “reket” jurnalistlərlə mübarizə apardığını diqqətə çatdıran A.Camalqızı əlavə edib: “Peşəkar jurnalistlər olaraq onları sıradan çıxarmaq üçün var gücümüzlə çalışırıq. Lakin bunu bacarmaq çətindir. Mətbuat Şurasının əlində inzibati resurslar yoxdur. “Reket” jurnalistlərə ən ağır cəzanı onların saytlarını, qəzetlərini yalnız “qara siyahı”ya salmaqla verə bilirik. Amma bu da çıxış yolu deyil. Çünki onlar bir yox, onlarla sayt, qəzet adı qeydiyyatdan keçiriblər. Onların birini “qara siyahı”ya salanda və yaxud blokladanda digərləri ilə öz mənfi, zərərli fəaliyyətlərini davam etdirirlər. Bununla da onların qarşısını almaq mümkün olmur”.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü bildirib ki, “realliq.info” saytının baş redaktoru İ.Rəhimovun arzuolunmaz fəaliyyəti ortadadır: “Bu şəxs sosial media vasitəsilə, internet resursları ilə bəzi şəxslər haqqında saxta məlumatlar yayırdı. İ.Rəhimovun DTX tərəfindən saxlanılması təqdirəlayiq haldır. İnanıram ki, Azərbaycan məhkəmələri onun haqqında ədalətli qərar çıxaracaq. Beləliklə də, İ.Rəhimovun həbsi jurnalist adından sui-istifadə edərək “reketlik”lə məşğul olan digər şəxslərə dərs olacaq. Çünki onlar çox hallarda özlərini güclü hesab edərək fəaliyyətlərinin qarşısının alına bilməyəcəyini düşünürlər. Ona görə də onların saxta məlumatlarının ardı kəsilmir”.
A.Camalqızı vurğulayıb ki, “reketlik” cinayətdir və digər cinayət əməlləri kimi hüquqi qiymətini almalıdır: “Bu işlərlə məşğul olan şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Çünki onların işi jurnalistika fəaliyyəti deyil, sırf cinayət tərkiblidir. Bu mənada, həmin şəxslər məsuliyyətə cəlb olunmalı, onlar haqqında ədalətli hökm çıxarılmalıdır”.
“Jurnalist adından sui-istifadə edərək “reketlik”lə məşğul olanlara qarşı ictimai qınaq da gücləndirilməlidir. Bu məsələlərlə bağlı maarifləndirici tədbirlər həyata keçirilməli, bu istiqamətdə yazıların sayı artırılmalıdır. Bununla da insanlar biləcəklər ki, bu adamlar həqiqi jurnalist deyillər. Onlar, sadəcə, cinayətlə məşğuldurlar. Hər bir jurnalist istər sosial şəbəkələrdə, istərsə də çalışdığı media orqanlarında onlara qarşı çıxmalıdır”, - deyə A.Camalqızı vurğulayıb.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə qeyd edib ki, əvvəllər Mətbuat Şurasına qəzetlərlə bağlı şikayətlər daxil olurdu, sonradan isə bu sıraya yeni media orqanları, internet saytları da qoşuldu: “Araşdırmaların nəticələri göstərir ki, həmin media orqanlarında yer alan yazılar qərəzli xarakter daşıyır, jurnalist adından istifadə edərək “reketlik”lə məşğul olanlar müxtəlif şəxslərlə bağlı yalan və böhtan xarakterli məlumatlar yaymaqla, şantaj vasitəsi ilə qazanc əldə etməyə çalışırlar. Bariz görünür ki, bu şəxslərin peşəkar jurnalistikanın prinsiplərindən, Mətbuat Şurasının qəbul etdiyi peşə davranışı kodeksindən xəbərləri yoxdur. Mətbuat Şurası bu tipli “media orqanları”na konkret ictimai münasibət formalaşdırır, onlara qarşı cəmiyyətdə kəskin münasibətin formalaşmasına çalışır. Onların fəaliyyətində cinayət elementləri olduqda isə aidiyyəti dövlət strukturları tərəfindən müvafiq tədbirlər görülür. Maddi gəlir əldə etmək üçün insanların həyatına müdaxilə edilməsi, onların şantaj olunması konkret olaraq cinayət əməlidir. Ona görə də müvafiq strukturlar tərəfindən adekvat tədbirlərin görülməsi tamamilə qanunauyğundur”.
Media eksperti Azər Həsrət də deyib ki, “reket jurnalistikası” ilə effektiv mübarizə aparmaq vacibdir. “Reket jurnalistlər”in jurnalist adından və peşəsindən sui-istifadə etdiklərini deyən A.Həsrət əlavə edib ki, İkram Rəhimov və onun kimi şəxslər jurnalist adından istifadə etməklə müxtəlif şəxsləri şantaj etmək, qaralamaq yolu ilə özlərinə “biznes” qurmağa çalışırlar: “Yəni bu adamlar konkret olaraq jurnalistikadan sui-istifadə edirlər ki, bu da yolverilməzdir. Bu cür halların qarşısının alınması üçün effektiv addımlar davam etdirilməlidir. Hesab edirəm ki, bu məqsədlə Azərbaycan qanunvericiliyinə müəyyən əlavə və dəyişikliklər edilməli, jurnalistikadan sui-istifadə edən şəxslərin bu əməli bir və ya bir neçə dəfə törətdiyi qeydə alınarsa, onlar bu sahədən kənarlaşdırılmalıdırlar. Belə olan halda, bu problemi tamamilə həll etmək olar”.
Azər Həsrətin sözlərinə görə, İ.Rəhimovun DTX tərəfindən saxlanması “reketlik” fəaliyyəti ilə məşğul olan, medianın adından sui-istifadə edən başqa insanlara dərs olmalıdır. “Ümumiyyətlə, belə şəxslərin hər birinə qarşı hüquq müstəvisində sərt tədbirlər görülməlidir”, - deyə o vurğulayıb.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

