Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür
14.11.2018 [10:04]
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə fəaliyyəti təkmilləşdirilir, vətəndaşların məhkəmələrə əlçatanlığı asanlaşdırılır, infrastruktur müasirləşdirilir. Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ərəfəsində Zaqatalada Rayon Məhkəməsi üçün ən son texnologiyalarla təchiz olunmuş yeni müasir binanın istifadəyə verilməsi bu sahədə fəaliyyətin yüksək səviyyədə təşkilinə, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və insan hüquqlarının etibarlı təminatına töhfə verib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yeni binanın açılışında iştirak etmiş ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Şəki Apellyasiya Məhkəməsində bölgənin məhkəmə sədrləri və hakimlərinin iştirakı ilə geniş müşavirə keçirib.
Tədbirdən əvvəl nazir Fikrət Məmmədov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov Ümummilli lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Sonra dövlətimizin başçısının Şəkidə yenicə açılışını etdiyi Heydər Əliyev Mərkəzi, Bayraq Muzeyi, “ASAN Həyat” Kompleksi və “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanışlıq olub.
Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin iştirak etdikləri müşavirədə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər, mövcud nöqsanlar və qarşıda duran vəzifələr müzakirə olunub.
F.Məmmədov ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlərdən, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsindən, hakimlərin Avropada nümunə kimi göstərilən şəffaf seçimindən, “Elektron məhkəmə” informasiya sisteminin və yeni məhkəmə infrastrukturunun yaradılmasından bəhs edib, cəza siyasətinin humanistləşdirilməsinə dair Azərbaycan Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə görülən işlərdən danışıb.
Bildirilib ki, Cinayət Məcəlləsinin dekriminallaşması nəticəsində yeni Qanunun təsiri altına düşən 5700-ə yaxın məhkumun cəzası yüngülləşdirilib, o cümlədən 1700-dək şəxs azadlıqdan məhrumetmə və digər cəzalardan azad olunub. Azadlığın məhdudlaşdırılması yeni cəza növünə məhkum edilmiş 500-dək şəxs üzərində elektron qolbaq tətbiq olunmaqla səmərəli probasiya nəzarəti həyata keçirilir.
Müşavirədə Sərəncamla məhkəmələrin üzərinə düşən mühüm vəzifələr diqqətə çatdırılaraq, insan haqlarının, xüsusilə azadlıq hüququnun qorunmasında hakimlərin yüksək məsuliyyəti vurğulanıb.
Həmçinin vətəndaşlara qayğılı münasibət göstərilməsi, korrupsiyaya şərait yaradan halların qarşısının alınması ilə bağlı dövlətimizin başçısının qəti tapşırıqlarının icrası üzrə tədbirlər qeyd olunub, məhkəmə hakimiyyətində mənəvi cəhətdən saf hakimlərin təmsil edilməsi, apellyasiya məhkəmələrində prinsipiallığın artırılması, neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin zəruriliyi vurğulanıb. Bundan başqa, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi, qeyri-prosessual münasibətlərin qarşısının alınması, etik davranış qaydalarına dönmədən əməl edilməsi üzrə qarşıda duran vəzifələr diqqətə çatdırılıb.
Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə mövcud vakansiyaların doldurulması üzrə görülən tədbirlərə toxunularaq, ilk dəfə olaraq ali və bütün apellyasiya məhkəmələrinin 30 hakimin təyinatı ilə tam komplektləşdirildiyi bildirilib. Səlahiyyət müddəti başa çatmış 60-dan çox, o cümlədən müşavirədə iştirak edən hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi qeyd olunub, vətəndaşların haqlı narazılığını doğuran halların yolverilməzliyi vurğulanıb.
Həmçinin şəffaf və çoxmərhələli imtahanlarda müvəffəqiyyət qazanaraq hakim vəzifəsinə layiq bilinmiş 108 namizəd barəsində yaxın günlərdə təyinatların aparılacağı və bununla da hakim korpusunun tam əksəriyyətinin komplektləşdiriləcəyi bildirilib.
Xəbər lenti
Hamısına baxAnalitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47

