/ / Azərbaycan Prokurorluğunun nümayəndə heyəti antikorrupsiya strategiyalarına dair beynəlxalq konfransda iştirak edib
Azərbaycan Prokurorluğunun nümayəndə heyəti antikorrupsiya strategiyalarına dair beynəlxalq konfransda iştirak edib
16.11.2018 [10:04]
Konfransda Azərbaycanın işğal olunmuş ərazilərində xarici şirkətlərin qanunsuz fəaliyyəti ilə bağlı ölkəmizin qətiyyətli mövqeyi diqqətə çatdırılıb
Noyabrın 12-13-də Romada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT), İtaliyanın Xarici İşlər Nazirliyinin, Beynəlxalq Əlaqələr İnstitutunun və nüfuzlu LUISS Quido Karli Universitetinin birgə təşkil etdiyi “ATƏT bölgəsində rəqəmsal dövr üçün antikorrupsiya strategiyalarının hazırlanması üzrə ən yeni tendensiyalar və ən yaxşı təcrübələr” mövzusunda konfrans keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ölkəmizi Azərbaycan Respublikası baş prokurorunun müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev və Baş İdarənin böyük prokuroru Elnur Musayev daxil olub.
Avropa qitəsində təhlükəsizliyin təmin edilməsi üçün ATƏT-in həyata keçirdiyi üç əsas fəaliyyət istiqamətlərindən biri olan korrupsiyaya qarşı mübarizənin aktual məsələlərinə həsr olunan konfransda İtaliyanın ədliyyə naziri Alfonso Bonafede, ATƏT-in baş katibi Tomas Qreminger, Parlament Assambleyasının sədri Georgi Sereteli, korrupsiya məsələləri üzrə xüsusi müşavir və eyni zamanda, LUISS Quido Karli Universitetinin prorektoru Paola Severino, Avropa Şurasının rəhbər heyəti, bir sıra ölkənin ədliyyə nazirləri, korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərləri, “Beynəlxalq şəffaflıq” və digər vətəndaş cəmiyyəti institutlarının üzvləri, həmçinin tanınmış elm adamları iştirak ediblər.
Konfransın “Korrupsiyanın ölçülməsi və onun iqtisadiyyata və qanunçuluğun vəziyyətinə təsirinin qiymətləndirilməsi” mövzusundakı birinci sessiyasında çıxış edən baş prokurorun müavini Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi inkişaf kursunun uğurlu iqtisadi və sosial nəticələri barədə ətraflı məlumat verib. Nümayəndə heyətinin rəhbəri ölkəmizdə korrupsiyaya qarşı mübarizənin dövlətin əsas fəaliyyət prinsipi olaraq qanunvericilik bazasının yaradılması, dövlət idarəetmə prosesində şəffaflığın təmin olunması, özəl sektorun və əlverişli biznes mühitinin formalaşdırılması, müstəqil və ədalətli məhkəmə sisteminin və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumların təsirli şəkildə fəaliyyət göstərməsi üzərində qurulmasını bildirərək bu istiqamətdə davamlı şəkildə görülən işlərdən bəhs edib. Çıxışda həyata keçirilən kompleks islahatların müsbət nəticələrinin bir sıra beynəlxalq reytinqlərdə, o cümlədən Dünya Bankının açıqladığı nüfuzlu “Doing Business-2019” hesabatında da əks olunduğu qeyd edilib. Azərbaycanın bu reytinqdə ötən illə müqayisədə 190 ölkə arasında 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşması xüsusi vurğulanıb. Dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət”in nümunəvi fəaliyyətinin korrupsiyanın qarşısının alınmasında rolu da görüş iştirakçılarının nəzərinə çatdırılıb. Həmçinin korrupsiyanın səviyyəsinin ölçülməsi istiqamətində həyata keçirilən beynəlxalq təşəbbüslər təhlil olunaraq bu sahədə fəaliyyətin təşkmilləşdirilməsi üçün konkret təkliflər səsləndirilib. K.Əliyev çıxışının sonunda Ermənistan nümayəndə heyətinin etirazlarına baxmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz çalışan xarici şirkətlərin fəaliyyətinə toxunaraq, bu məsələdə ölkəmizin qətiyyətli mövqeyini diqqətə çatdırıb. Korrupsiyaya qarşı mübarizə və çirkli pulların yuyulmasının qarşısının alınması sahəsində beynəlxalq ictimaiyyətin səylərinə ciddi xələl gətirən və Azərbaycan qanunlarına məhəl qoymayan şirkətlərin fəaliyyətinin cinayət işləri çərçivəsində araşdırılması və onların barəsində müvafiq sərt ölçülərin görüləcəyi barədə xəbərdarlıq edilib.
Konfrans əsnasında nümayəndə heyəti İtaliyanın ədliyyə naziri Alfonso Bonafede, LUISS Universitetinin və Beynəlxalq Əlaqələr Universitetinin rəhbərliyi, həmçinin bir sıra ölkələrin yüksək səviyyəli nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib. İtaliyanın xarici siyasətinin müəyyənləşdirilməsi məqsədilə tədqiqat aparan yüksək elm adamları ölkədə korrupsiyaya qarşı mübarizənin əlverişli investisiya mühitinin formalaşmasında müstəsna rol oynadığını vurğulayaraq, Azərbaycan hökumətinin bu sahədə gördüyü tədbirləri yüksək qiymətləndiriblər. Bu uğurlu addımların nəticəsi olaraq, ölkələrimiz arasında iqtisadi əlaqələrin ən yüksək səviyyədə olması vurğulanıb.
Tədbirdə, həmçinin korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış qurum və strategiyaların modelləri və təcrübələri, həmçinin korrupsiya ilə mütəşəkkil cinayətkarlıq arasında əlaqələr mövzularına həsr edilmiş sessiyalar da keçirilib.
Sonda konfrans iştirakçıları ATƏT məkanında iqtisadi inkişafın təmin olunması və sosial rifahın artırılması naminə səylərin birləşdirilməsinin, qarşılıqlı əməkdaşlıq əsasında həyata keçirilən korrupsiyaya qarşı mübarizə təşkilatçılığının gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Səfər zamanı İtaliyanın Maliyyə Qvardiyasının Qərargahında ikitərəfli rəsmi görüş keçirilib.
Konfransda və ikitərəfli görüşlərdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə də iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39

