Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 illiyi ilə əlaqədar müsabiqə elan olunub
20.11.2018 [09:09]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) nazirliyin 100 illiyi ilə əlaqədar “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi keçirir.
KİVDF-dən bildiriblər ki, müsabiqənin məqsədi Azərbaycanda sosial müdafiə sisteminin keçdiyi inkişaf yolu, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan sosial siyasətin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial inkişaf strategiyasının nailiyyətlərindən biri kimi ölkədə təkmil və etibarlı sosial müdafiə sisteminin qurulması və təkmilləşdirilməsi, sistemin müasir inkişaf istiqamətləri, dövlət sosial xidmətlərinin innovativ həllərin tətbiqi şəraitində vahid platformadan operativ və tam şəffaf təşkili məqsədilə aparılan islahatlar barədə geniş ictimai məlumatlandırmanın həyata keçirilməsində peşəkar jurnalist əməyinin stimullaşdırılmasıdır.
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün dərc olunmuş yazıların sərlövhələri təklif olunan mövzu ilə eyni olmalıdır. Hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı” ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş jurnalistlərin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan, şuranın tərtib etdiyi “qara siyahı”ya düşən, bir il müddətində “qara siyahı”dan çıxarılan və altı ay müddətində xəbərdarlıq almış qəzetlərdə dərc olunan yazıları müsabiqəyə qəbul edilmir.
Qəzetdə dərc olunmuş yazıda “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.
Müsabiqəyə yazının dərc olunduğu 1 nüsxə mətbuat orqanı (qəzet), 1 nüsxə yazının elektron variantı (Times New Roman (12) şriftində - CD diskdə, 3 nüsxə A4 formatda müəllifin imzası göstərilməklə çap olunmuş variantı təqdim edilməlidir. Yazıların həcmi bir səhifə (A3) olmalıdır (9-11 min işarə).
Müəlliflərin əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası), iştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə), şəxsiyyət vəsiqəsi və surəti, şəxsi VÖEN və surəti, şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı. Hesabın aktiv olması təsdiqlənməlidir) tələb olunur.
İştirakçı haqqında məlumat cədvəlini əldə etmək üçün fonda müraciət etmək olar. Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır. Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.
Yazılar noyabrın 20-dən dekabrın 20-dək, rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.
Dərc olunan mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma, materialın oxucu üçün informasiyalılıq səviyyəsi, yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi, jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi, məsuliyyəti və ictimai maraqların müdafiəsi qiymətləndirmə zamanı əsas meyarlar olacaqdır.
Müsabiqədə I yer (1 nəfər), II yer (2 nəfər) və III yerin (3 nəfər) sahibləri müvafiq olaraq, 1000, 800 və 500 manat məbləğində pulla mükafatlandırılacaqlar.
Bundan başqa beş yazı müəllifinə hər biri 200 manat olmaqla həvəsləndirici mükafatlar veriləcək.
Qaliblər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və KİVDF-nin xüsusi diplomu ilə təltif olunacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

