Ədliyyə işçiləri Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər
13.12.2018 [10:07]
Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Vətəni və xalqı qarşısında müstəsna xidmətləri, dövlət müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq aləmdə böyük uğurlar qazanmasında, Azərbaycan dövlətçiliyinin nailiyyətlərində əvəzsiz rolu və misilsiz fəaliyyəti qədirbilən xalqımız tərəfindən hər zaman dərin minnətdarlıq hissi ilə yad edilir, Ulu öndərin əziz xatirəsi daim uca tutulur.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 12-də Ümummilli lider Heydər Əliyevin vəfatının on beşinci ildönümü ilə əlaqədar ədliyyə işçiləri Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, dahi rəhbərə dərin ehtiramlarını bildiriblər. Sonra əbədiyaşar liderin nazirlikdəki büstü önünə tər çiçəklər qoyulub, işıqlı xatirəsi anım mərasimində bir dəqiqəlik sükutla yad edilib.
Nazirliyin Heydər Əliyev Muzeyində təşkil olunmuş mərasimdə ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan müdrik siyasətçi və dövlət xadimi Heydər Əliyevin şərəfli və mənalı həyat yolundan, zəngin dövlətçilik irsindən bəhs edib. Nazir dahi öndərin qurub yaratdığı müstəqil Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı və sürətli inkişafını qeyd edib, respublikamızın bütün sahələrdə, o cümlədən ədliyyə və məhkəmə-hüquq sistemində nailiyyətlərini vurğulayıb.
Bildirilib ki, 100 illik tarixi olan Ədliyyə Nazirliyinin dövlət strukturu kimi yenidən təsis edilməsi bilavasitə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ədliyyə tarixinə həsr olunmuş, bu ərəfədə ərsəyə gəlmiş “Azərbaycan ədliyyəsi davamlı inkişaf yolunda” adlı kitabda Ulu öndərin fəaliyyətinin bütün dövrlərində ölkəmizin hüquq, o cümlədən ədliyyə sisteminin inkişafı naminə göstərdiyi müstəsna xidmətləri xüsusi yer alıb.
Çıxış edənlər dahi liderin müəyyənləşdirdiyi dövlətçilik prinsiplərinə daim sadiq qalacaqlarını, respublikamızın hərtərəfli inkişafı və müasirləşməsi naminə yorulmaz fəaliyyətində Azərbaycan Prezidentinə layiqli yardımçı olmaqla qanunun aliliyinin, insan hüquq və azadlıqlarının qorunması üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.
Anım günü ilə bağlı ədliyyənin bütün struktur qurumlarında tədbirlər keçirilib. Ədliyyə fəaliyyətinə cəlb olunmuş gənc könüllülər nazirliyin Heydər Əliyev muzeyində Ümummilli liderin zəngin həyatı və çoxşaxəli fəaliyyətinə dair maraqlı ekspozisiyalarla tanış olublar. Onlar üçün mühazirə söylənilib, elektron məlumat lövhəsində fotoslaydlar və kinozalda filmlər nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35

