/ / Şəhid hərbi qulluqçuların ailələrinə birdəfəlik ödəmənin verilməsi prosesi tam şəffaf şəkildə həyata keçirilir
Şəhid hərbi qulluqçuların ailələrinə birdəfəlik ödəmənin verilməsi prosesi tam şəffaf şəkildə həyata keçirilir
18.12.2018 [10:04]
Bu məqsədlə dövlət büdcəsindən cari il üçün 58 milyon, 2019-cu il üçün isə 50 milyon manat maliyyə vəsaiti ayrılıb
Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq respublikamızda ədalətli resurs bölgüsü həyata keçirilir və qayğıya ehtiyacı olan bütün vətəndaşlar, o cümlədən də şəhid ailələri, müharibə əlilləri dövlət tərəfindən dəstəklənir.
Respublikamızda şəhid ailələrinə, müharibə əlillərinə dövlət qayğısı çoxşaxəli səciyyə daşıyır
Respublikamızda doğma Vətənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ailələrinə, eləcə də müharibə əlillərinə dövlət qayğısı çoxşaxəli səciyyə daşıyır. Ölkəmizdə şəhid ailələrinə 242 manat məbləğində aylıq Prezident təqaüdü verilir. Eyni zamanda, Milli Qəhrəmanlara və ya həlak olanların ailələrinə aylıq 1500 manat Prezident təqaüdü ödənilir. Müvafiq kateqoriyadan olan insanların əmək pensiyasına hər ay müəyyən həcmdə vəsait əlavə olunur. Eləcə də əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət verilir. Bundan başqa, şəhid ailələrindəki uşaqlara aylıq sosial müavinət ödənilir. Eləcə də şəhid ailələrinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda onların təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.
Respublikamızda şəhid ailələri ilə yanaşı, müharibə əlillərinə də dövlət tərəfindən hərtərəfli qayğı göstərilir. Bütövlükdə il ərzində dövlət vəsaiti hesabına orta hesabla 7,1 min əlilliyi olan şəxsə və şəhid ailəsi üzvünə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən sanator-kurort putyovkası və istirahət göndərişləri verilir. Müharibə əlilləri Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Prezident təqaüdü ilə yanaşı, müharibə əlillərinin böyük əksəriyyəti əlilliyə görə əmək pensiyası, qalan az bir qismi isə əlilliyə görə müavinət alır. Bundan başqa, müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət verilir. Respublikamızda il ərzində dövlət vəsaiti hesabına 1,8 - 2 min nəfər müharibə əlilinə protez-ortopedik xidmət göstərilir. Onlara orta hesabla 6500-7000 reabilitasiya vasitəsi (əlil arabası, eşitmə aparatı, ortopedik ayaqqabı və s.) verilir. Qarabağ müharibəsi əlillərinin uşaqları da dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda onların təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.
Məlumdur ki, respublikamızda Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamı əsasında 2017-ci ilin əvvəlindən işsizliyin və yoxsulluğun azaldılmasını hədəfləyən səmərəli özünüməşğulluq proqramı reallaşdırılır. Şəhid ailələri və müharibə əlillərinin bu proqramda iştirakı yüksək səviyyədə təmin edilir. Özünüməşğulluq proqramına təkcə 2018-ci ildə 158 şəhid ailəsi, 1000 nəfərdən çox əlilliyi olan şəxs (onlardan bir hissəsi Qarabağ müharibəsi əlilidir) cəlb olunub.
Şəhid ailələrinin, müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması davamlı olaraq diqqət mərkəzində saxlanılır
Respublikamızda şəhid ailələrinə, müharibə əlillərinə davamlı dövlət qayğısının mühüm bir istiqamətini onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması təşkil edir. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin gücləndirilməsinə yönəlib. 2018-ci il oktyabrın 1-dək ölkəmizdə şəhid ailələrinə, əlilliyi olanlara 6 063 mənzil verilib ki, bunun da 5,6 mini şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə ayrılıb. 2018-ci il avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində müvafiq kateqoriyadan olan insanlara və ailələrə 35 mənzil və 136 minik avtomobili təqdim edilib. Bu istiqamətdə işlərin davamı kimi cari ilin sonuna qədər müvafiq kateqoriyadan olan insanlara və ailələrə daha 548 mənzilin və yaxud fərdi evin təqdim olunması, ümumilikdə 2018-ci ildə 600-ə yaxın mənzilin əlilliyi olan şəxslərə və şəhid ailələrinə verilməsi planlaşdırılıb. Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, dövlət başçısının müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20,0 (iyirmi) milyon manat ayrılıb. Bu vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 300 mənzilin alınması üçün nəzərdə tutulub. O cümlədən cari ilin sonunadək Bakıda və Abşeronda 391, regionlarda isə 90 mənzil satın alınaraq müvafiq kateqoriyadan olan ailələrə və insanlara paylanılacaq. Regionlarda həmçinin cari ildə şəhid ailələri və əlilliyi olanlar üçün tikilən 67 fərdi evin inşası başa çatdırılıb.
Respublikamızda müvafiq kateqoriyadan olan soydaşlarımıza avtomobillərin verilməsi də ənənə halını alıb. 2018-ci il noyabrın 1-dək ölkə üzrə müharibə əlillərinə verilən avtomobillərin sayı 6 144-ə çatıb ki, bunun da 265-i cari ildə paylanılıb.
Ölkə üzrə 9531 nəfər şəhid hərbi qulluqçunun vərəsəsinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 19 aprel 2018-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.
Müvafiq sənədlər əsasında hazırlanan siyahılar üzrə vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ olan şəhid hərbi qulluqçuların sayı 9531 nəfərdir. Yuxarıda qeyd olunan kateqoriyadan olan hərbi qulluqçuların vərəsələrinə ödənilməkdən ötrü cari il üçün 58 milyon, 2019-cu il üçün isə 50 milyon manat maliyyə vəsaiti ayrılıb.
Bəhs olunan Fərman Azərbaycan Prezidenti İlham Əliyevin humanist siyasətinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğısının bariz nümunəsidir. Yeri gəlmişkən, dövlət başçısının imzaladığı bəhs olunan Fərman əsasında bu günlərdə on bir min manat məbləğində birdəfəlik ödəmə alan vərəsələr ölkəmizdə şəhid ailələrinə göstərilən davamlı diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edirlər. “Yeni Azərbaycan” qəzetinə açıqlama verən şəhid İlqar Alıyevin vərəsəsi Tapdıq Alıyev ölkəmizdə şəhidlərin xatirəsinin yüksək tutulduğuna və bu günlərdə on bir min manat məbləğində birdəfəlik ödəmə aldığına görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirərək deyib: “Bütün varlığı ilə öz Vətəninə, xalqına bağlı olan İlqarın qəlbində düşmənə dərin nifrət var idi. O, düşmən ermənilərə qarşı döyüşməyə könüllü getmişdi. İlqar 1992-ci ildə Laçının Sus kəndində xain düşmən gülləsinə tuş gəldi və əbədiyyətə qovuşdu. Biz ailədə 6 nəfərik. Dövlət başçısının Fərmanına əsasən on bir min manat məbləğində birdəfəlik ödəmə almağımız ailəmizin dolanışığına böyük dəstəkdir. Buna görə ailəmiz adından hörmətli Prezidentimiz İlham Əliyevə minnətdarlıq edirəm”.
Vərəsələr birdəfəlik ödəməni alarkən hər hansı bir neqativ halla üzləşmədiklərini bildirirlər
Respublikamızda bəhs olunan Fərmanın icrası yüksək səviyyədə təmin edilir. Belə ki, noyabrın 14-dən birdəfəlik ödəmənin verilməsi prosesinə başlanılıb. Müvafiq komissiya tərəfindən 7 dekabr 2018-ci il tarixinədək 750 şəhidin 1035 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib. Onlardan 350-dək vərəsənin bank hesabına vəsait köçürülüb, eyni zamanda məhkəmə qərarı əsasında 473 şəhidin 474 vərəsəsinə ödəniş edilib. Bütövlükdə, ölkə üzrə 1223 şəhid hərbi qulluqçu üzrə 1509 vərəsəyə dair qərarlar verilməklə ödənişlər həyata keçirilir. Birdəfəlik ödəmə alan vərəsələr bildirirlər ki, sənədlərin hazırlanması, vərəsəliyin tanınması zamanı hər hansı bir süründürməçilk və digər neqativ halla üzləşməyiblər. Proses tam şəffaf şəkildə həyata keçirilir. Bunu qəzetimizə açıqlamasında şəhid Muxtar Abbasovun vərəsəsi qismində tanınan atası Abbas Abbasov da təsdiqləyib. “Mən oğlum Muxtar Abbasovun vərəsəsi qismində tanınmışam və məhkəmə qərarı əsasında on bir min manat məbləğində birdəfəlik ödəmə almışam. Oğlum Muxtar “Haramı düzü” deyilən ərazidə gedən döyüşlərdə həlak olub. O, 1992-ci ildən ermənilərə qarşı vuruşurdu və 1994-cü ildə haqq dünyasına qovuşdu - onu doğma torpağa tapşırdıq. Bir ata kimi oğlumun itkisinə kədərlənsəm də, təsəlli yerim ordumuzun güclənməsi və dövlətin, Prezidentin həmişə şəhid ailələrinin yanında olmasıdır”, - deyə A.Abbasov vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35

