Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri açıqlanıb
26.12.2018 [09:30]
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinin müzakirəsinə və təsdiqinə həsr olunmuş iclası keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, gündəlikdə olan məsələ barədə məlumat verən Fondun icraçı direktoru Vüqar Səfərli Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil edilən müsabiqənin 2018-ci il noyabrın 8-dən dekabrın 14-dək “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nda əksini tapmış 19 istiqamət üzrə keçirildiyini bildirib.
Sonra müsabiqənin ekspertlərin rəyləri əsasında hazırlanmış yekun nəticələri iclasın müzakirəsinə təqdim edilib. Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Bəhruz Quliyev, İntiqam Hümbətov, Əvəz Rüstəmov və Rasim Həsənov Fondun keçirdiyi müsabiqələrin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyin stimullaşdırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər.
Müzakirələrin yekununda müsabiqənin şərtlərinə uyğun olaraq 19 istiqamətin hər biri üzrə 6 yazı müəllifi qalib elan edilib, ümumilikdə 112 nəfər jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub.
* * *
Dekabrın 25-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb.
Fondun icraçı direktoru Vuqar Səfərli tədbiri giriş sözü ilə açaraq Azərbaycan mediasının daim dövlətimizin başçısının xüsusi diqqət və qayğısını hiss etdiyini bildirib. Bu qayğıkeş münasibətə görə ölkə jurnalistləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin təşəkkürünü ifadə edən V.Səfərli dövlətimizin başçısını doğum günü münasibətilə təbrik edib, xalq və dövlət naminə yorulmaz fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıb.
İcraçı direktor qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2018-ci ildə 33 qəzetə maliyyə dəstəyini davam etdirib. V.Səfərli həmin qəzetlərdə Azərbaycan Respublikasında KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqamət üzrə 6 mindən çox yazı dərc edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Fond 2018-ci il ərzində 3 dəfə - Novruz bayramı, Azərbaycan Milli Mətbuatının yaranmasının 143-cü ildönümü və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqələri təşkil edib. Bundan əlavə, il ərzində Fond Müəllif Hüquqları Agentliyi, Suraxanı və Qaradağ rayon icra hakimiyyətləri, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, Mədəniyyət Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə birgə 7 əlavə müsabiqə keçirib. Ümumilikdə, 2018-ci ildə keçirilmiş 10 müsabiqədə 818 nəfər iştirak edib, onlardan 420 nəfəri qalib olaraq mükafatlandırılıb.
İcraçı direktor Fondun ötən illərdə əsası qoyulmuş ənənəni davam etdirərək son 1 ildə fərdi yazı müsabiqələrində I yerə layiq görülmüş 55 nəfər jurnalistin yazılarını “Sözün zirvəsində” adlı kitabın II cildində nəşr etdirdiyini diqqətə çatdırıb. Bundan əlavə, Fond 2018-ci ildə Dağlıq Qarabağda erməni separatizminin 30 illiyi ilə əlaqədar “Dağlıq Qarabağda erməni separatizminin 30 ili: qlobal təhlükə” adlı kitab nəşr etdirib. Kitabda Fondun maliyyə yardımı ilə 2017-2018-ci illərdə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi” istiqaməti üzrə layihə icra etmiş 5 qəzetdə - “Palitra”, “Bakı-xəbər”, “Yeni Müsavat”, “Xalq Cəbhəsi” və “Azərnews” qəzetlərində dərc olunmuş yazılar toplanıb. İcraçı direktor qeyd edib ki, kitabda separatizmi dəstəkləyən Ermənistan dövlətinin xüsusilə də son 30 ildə Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi işğalçılıq, soyqırımı, terror və deportasiya siyasəti konkret faktlar əsasında ifşa edilir, bu məkrli siyasətin qlobal planda sülh və sabitlik üçün təhdid olduğu vurğulanır.
Vüqar Səfərli 2018-ci ilin “Azərbaycanda Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə əlaqədar oktyabr ayında aparıcı media nümayəndələrindən ibarət nümayəndə heyətinin Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərinə, noyabrda isə Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərinə səfərlərinin təşkil edildiyini xatırladıb.
İcraçı direktor Vüqar Səfərli internet media resurslarının sürətlə inkişaf etdiyi hazırkı dönəmdə çap mediasının müəyyən problemlərlə üzləşdiyini təəssüflə vurğulayıb. Vüqar Səfərli bildirib ki, qəzetlərin fəaliyyətində əsaslı dönüşə nail olunması üçün hazırda Fondun maliyyə yardımı müsabiqəsinin şərtlərində əsaslı dəyişikliklərin edilməsi, tələblərin sərtləşdirilməsi, habelə internet media resurslarının da maliyyələşdirilməsi məsələləri nəzərdən keçirilir.
O, həmçinin fərdi jurnalist yazıları müsabiqələri üçün mövcud şərt və meyarlarda da yeni dövrün tələblərinə uyğun mütərəqqi yeniliklərin ediləcəyini, şəffaflığın təmini üçün əməkdaşlardan elektron əmək müqaviləsi bildirişlərinin tələb olunacağını vurğulayıb.
İcraçı direktor Fondun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə noyabrın 8-dən dekabrın 14-dək KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqamət üzrə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə 64 kütləvi informasiya vasitəsindən 160 yazının təqdim edildiyini, yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini bildirib.
V.Səfərli Fondun Müşahidə Şurasının ekspertlərin yekun balları əsasında 112 nəfər jurnalistin qalib kimi təsdiqləndiyini vurğulayıb. İcraçı direktor müsabiqənin şərtlərinə əsasən, I yer üçün 500 manat olmaqla 1, II yer üçün 400 manat olmaqla 2, III yer üçün 300 manat olmaqla 3 mükafatın nəzərdə tutulduğunu qeyd edib.
Fondun ekspertlərindən - Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, habelə Fondun Müşahidə Şurasının üzvü Bəhruz Quliyev çıxış edərək keçirilmiş fərdi jurnalist yazıları müsabiqələrinin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini vurğulayıb, qalibləri təbrik ediblər. Ekspertlər çıxışlarında yazılarda peşəkarlıq və məsuliyyətin artdığını bildirməklə yanaşı, qüsurların aradan qaldırılması ilə bağlı tövsiyə və təkliflərini bildiriblər.
Sonra 19 istiqamətin hər biri üzrə müsabiqə qaliblərinin adları açıqlanıb.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

