Qafqaz Müsəlmanları İdarəsinin sədri Avstriyada səfərdədir
08.02.2019 [09:54]
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Avstriya Respublikasında səfərdədir.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərdə məqsəd fevralın 6-sı və 7-si Vyanada keçirilən KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının 20-ci sessiyasında iştirak etməkdir. Şeyxülislam A.Paşazadə 9 nəfərlik Direktorlar Şurasının üzvüdür.
Sessiyada Mərkəzin 2020-2024-cü illər üçün iş planı və strategiyası müəyyənləşdiriləcək. Strateji plan dinlərarası dialoqun insan hüquqları, miqrasiya, ətraf mühitin qorunması, zorakılığa qarşı mübarizə, qeyri-ənənəvi dini axınlarla dialoqun qurulması, eləcə də qadın və gənclər məsələləri üzrə istiqamətləri əhatə edir. Dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət olan Direktorlar Şurasının iki gün davam edəcək sessiyasında Avropa, Amerika, Afrika, Asiya, o cümlədən Yaxın Şərq ölkələrində müxtəlif humanitar layihələr, habelə bu regionlarda baş verən mühüm hadisələrə dair müzakirələr aparılacaq.
Sessiyada açılış nitqi ilə çıxış edən QMİ sədri şeyxülislam Allahşükür Paşazadə Şura üzvlərinə bir il əvvəl Qafqaz Müsəlmanları İdarəsinin nəzdində təsis olunmuş “Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi”nin (BCIC) təşkilatçılığı ilə 2018-ci il ərzində Avropada keçirdiyi iki irimiqyaslı beynəlxalq konfrans barədə məlumat verib. A.Paşazadə bu yaxınlarda BCIC-in yeni mühüm addımlar atmağa hazırlaşdığını diqqətə çatdırıb. Belə ki, Azərbaycanda elan olunmuş “Multikulturalizm” və “İslam Həmrəyliyi” illərinin ardınca Prezident İlham Əliyevin 2019-cu ili böyük İslam mütəfəkkiri, azərbaycanlı alim və şair “Nəsimi ili” elan etdiyini xüsusi vurğulayan QMİ sədri BCIC xətti ilə bu il müxtəlif yerli və beynəlxalq tədbirlərin keçiriləcəyini, həmin tədbirlərdə dinlər və sivilizasiyalararası əməkdaşlıq ideyalarının davamlı təbliğinin prioritet olacağını bəyan edib.
Şeyxülislam Allahşükür Paşazadə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin KAICIID Dialoq Mərkəzi ilə müştərək iyunun 19-u və 20-də Vyanada keçirməyi nəzərdə tutduğu “Dinlərarası və Sivilizasiyalararası əməkdaşlıqdan ümumbəşər həmrəyliyə doğru” mövzusunda beynəlxalq konfrans barədə Şura üzvlərini məlumatlandırıb. KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının üzvləri Vyana Beynəlxalq Konfransının keçirilməsi kimi mühüm təşəbbüsü yekdilliklə bəyənərək, bu mötəbər forumda həmtəşkilatçı qurum olaraq çıxış edəcəkləri barədə qərar qəbul ediblər.
Sessiyanın ikinci bölməsində Azərbaycan və Avstriya hökumətlərinin müvafiq dövlət qurumlarının həmtəşkilatçılığı ilə baş tutacaq adıçəkilən konfransın təqdimatı keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

