Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
23.02.2019 [10:23]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini daim diqqətdə saxlayır, bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər həyata keçirir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığına əsasən, ilk növbədə, Bakı və Sumqayıt ərazisində ən qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkün ailələri yeni mənzillərlə təmin edilir.
Hazırda Abşeron rayonunun ərazisindəki 1000 ailəlik, Bakının Qaradağ rayonunun Ümid qəsəbəsindəki 300 ailəlik yeni yaşayış binalarında məcburi köçkünlərin yerləşdirilməsi davam edir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Sumqayıt şəhərinin mərkəzində, Koroğlu prospektində inşa edilən və ötən il dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi olan 1005 mənzildən ibarət yaşayış kompleksi də məcburi köçkünlərin istifadəsinə veriləcək. Yeni mənzillərin bölgüsü üzrə ilk püşkatma mərasimi fevralın 22-də N.Nərimanov adına Mədəniyyət Evində keçirilib. Məcburi köçkün ailələrinin nümayəndələri mövcud qaydalar əsasında onlar üçün əvvəlcədən ayrılmış otaq sayı üzrə bina və mənzilin nömrəsini müəyyənləşdirib. Bundan bir neçə gün sonra isə ailələrin yeni mənzillərə köçürülməsinə başlanacaq.
Püşkatmada iştirak edən Cəbrayıl rayonundan məcburi köçkün Yetər Quliyeva, Laçın rayonundan Taleh Abdullayev, Qubadlı rayonundan Namazalı Dünyamalıyev və başqaları mənzillərin bölgüsünün mövcud qanunvericilik normaları və sosial ədalət prinsipləri əsasında şəffaflıqla aparılmasından razı qaldıqlarını qeyd edərək, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına diqqət və qayğı göstərən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, kompleksə daxil olan mənzillərin hamısı tam təmirlidir və mətbəx mebeli, qaz sobası ilə təchiz olunub. Bundan başqa, mənzillərdə mərkəzləşdirilmiş internet və televiziya şəbəkəsi quraşdırılıb. Ərazidə sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün iki istirahət guşəsi yaradılıb, uşaq meydançası quraşdırılıb. Kompleksin ümumi ərazisinin 67 faizində yaşıllıq və abadlıq işləri görülüb. Bu kompleks şəhərin memarlıq üslubuna uyğun inşa olunub, binaların fasadlarına xüsusi diqqət yetirilib, fərqli üslubda pəncərələr quraşdırılıb.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

