UNEC tələbələrinin səhnələşdirdiyi “Ünvansız qatar” tamaşasının premyerası keçirilib
27.02.2019 [09:50]
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrinin Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı səhnələşdirdiyi “Ünvansız qatar” tamaşasının premyerası keçirilib.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdirilən tamaşanın premyerasında UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin müəllim-tələbə heyəti ilə yanaşı, millət vəkilləri, Qarabağ qaziləri, UNEC İctimai Nəzarət Şurasının üzvləri və digər qonaqlar iştirak ediblər.
Əməkdar incəsənət xadimi, yazıçı, ssenarist, dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında UNEC Yaradıcılıq Mərkəzi tərəfindən hazırlanan tamaşada ermənilərin xalqımızın başına gətirdikləri faciələrdən, dinc insanların öz ata-baba yurdlarından, doğma ocaqlarından didərgin düşmələrindən bəhs olunub.
Tamaşadan sonra çıxış edən rektor Ədalət Muradov tələbələrin obrazları peşəkarlıqla canlandırdıqlarını bildirərək, yaradıcı heyətin əməyini yüksək qiymətləndirib. Rektor tamaşanı Xocalı soyqırımı qurbanlarının, Qarabağ şəhidlərinin ruhu qarşısında etiraf adlandırıb, onların günahsız qanlarının yerdə qalmayacağını vurğulayıb. Ə.Muradov dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad olunacağına, Azərbaycanın ərazi bütövlüyünün tezliklə təmin ediləcəyinə əminliyini ifadə edib.
Əsərin müəllifi Əli Əmirli tamaşanın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Hər bir təhsil ocağının incəsənətə, mədəniyyətə, eləcə də ədəbiyyata yaxın olmasının vacibliyindən söz açan Ə.Əmirli UNEC-in aparıcı universitetlər sırasında olduğunu və müsbət imic formalaşdırdığını diqqətə çatdırıb.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Vahid Orucoğlu, rejissoru UNEC Yaradıcılıq Mərkəzinin direktoru Elman Telmanoğludur. Rolları UNEC Yaradıcılıq Mərkəzinin dram dərnəyinin üzvləri İlham Quliyev, Sona Quliyeva, Yasin Əhmədov, Nicat Tarverdiyev, Rəşad Aslanov, Minayə Hüseynova, Mərva Məmmədova, Nigar Ağayeva, Gülnur İmanova, Nərmin Zeynallı, Nərmin Qorçuyeva, Heyran Mehdiyeva, Sevinc Quliyeva və məktəbli Ayan Mirzəzadə canlandırıb.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

