Bakıda ədalət mühakiməsi sistemində insan haqlarına dair beynəlxalq seminar işə başlayıb
16.05.2019 [09:30]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində ölkəmizdə müasir standartlar səviyyəsində kompleks qanunverici və institusional tədbirlərin görülməsi ilə yanaşı, bu istiqamətdə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi daim diqqətdə saxlanılır. Bu sahədə həyata keçirilən praktiki tədbirlərin davamı olaraq mayın 15-də Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının və Azərbaycan Respublikası Prokurorluğunun birgə təşkilatçılığı ilə “Ədalət mühakimə sistemində insan haqları ilə bağlı qarşıda duran məsələlər” mövzusunda beynəlxalq seminar işə başlayıb.
Baş Prokurorluğun və Məhkəmə-Hüquq Şurasının AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilib ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında keçirilən tədbirdə beynəlxalq səviyyəli ekspertlər qismində dəvət edilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının sabiq prezidenti və Paris Apellyasiya Məhkəməsinin baş prokuroru Falletti Fransua, Niderland Apellyasiya Məhkəməsinin baş prokuroru, Amsterdam Universitetinin hüquq fakültəsinin professoru Miranda de Meyer, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Stanislav Pavlovski (Moldova), eləcə də ölkəmizin müxtəlif instansiya məhkəmələrinin hakimlərindən, habelə prokurorluq orqanlarının əməkdaşlarından ibarət 40 nümayəndə iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi, Beynəlxalq Prokurorlar Assosiyasiyasının vitse-prezidenti Kamran Əliyev demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçən Azərbaycan Respublikasının insan və vətəndaş hüquq və azadlıqlarına hörməti və bu meyarların qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının ümdə vəzifəsi kimi müəyyən etdiyini bildirib. Qeyd edilib ki, Prezident İlham Əliyevin siyasi rəhbərliyi ilə ölkəmiz bir çox universal və regional xarakterli beynəlxalq təşkilatlara üzv olub və çoxsaylı beynəlxalq müqavilələrə qoşulub. Həmin mötəbər sənədlərin mühüm hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlib.
Görülən işlərin bariz nümunəsi kimi dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının əhəmiyyəti xüsusi vurğulanıb. Bu mühüm sənəd ölkəmizdə beynəlxalq və milli qanunvericiliyin vəhdəti şəklində həyata keçirilən köklü məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsi kimi qiymətləndirilib.
K.Əliyev çıxışında ölkəmizin hüquq-mühafizə orqanları ilə Beynəlxalq Prokurorlar Assosiasiyası arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri haqda ətraflı məlumat verib.
Məhkəmə-Hüquq Şurası aparatının rəhbəri Cavid Hüseynov ölkəmizdə məhkəmə sisteminin qabaqcıl beynəlxalq standartlar səviyyəsində təşkilinin xüsusi diqqətdə saxlanıldığını, bu istiqamətdə ardıcıl və davamlı tədbirlərin həyata keçirildiyini qeyd edib.
Ekspertlər Fransua Falletti, Miranda de Meyer və Stanislav Pavlovski ölkəmizdə ədalət mühakiməsi və insan hüquqları sahəsində həyata keçirilən islahatları müsbət dəyərləndirərək, təlimin istər hakimlərin, istərsə də prokurorluq orqanları əməkdaşlarının peşəkarlığının artırılması və effektivliyin təmin edilməsi baxımından faydalı olacağına əminliklərini bildiriblər.
Mayın 17-dək davam edəcək beynəlxalq seminarda ekspertlər tərəfindən təqdimatların keçirilməsi, eləcə də praktiki məsələlərin həlli ilə bağlı tədbirlərin təşkili nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

