Azərbaycan Memarlıq və İnşaat Universitetində “Məzun günü” keçirilib
03.07.2019 [09:35]
İyulun 2-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2018-2019-cu tədris ili məzunlarının təntənəli buraxılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasim Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Tədbiri açan Əməkdar memar, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova “Məzun günü”nün universitet üçün böyük əhəmiyyət daşıdığını bildirərək deyib: “Ali təhsil müəssisəsinin müəllim və professor kollektivi bu gün öz əməyinin bəhrəsini görür. Biz ötən illər ərzində ölkəmizə layiqli vətəndaşlar yetişdirmək üçün əzmlə çalışmışıq”.
Rektor diqqətə çatdırıb ki, bu gün zəngin elm və təhsil ənənələrinə malik olan universitetin həyatında 44-cü məzun buraxılışıdır. Başa vurduğumuz tədris ilində AzMİU-nu bakalavr səviyyəsində 20 ixtisas üzrə 1169 nəfər, magistratura səviyyəsində 22 ixtisaslaşma üzrə 241 nəfər olmaqla 1485 məzun bitirir. “SABAH” qruplarında təhsil alan 17 tələbə də bu siyahıda yer alır. Tələbələrin böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib, bakalavr və magistr tələbələr arasında fərqlənmə diplomuna layiq görülənlər də var. Universitetin bakalavr səviyyəsi üzrə məzunlarından 210 nəfər magistraturaya uğurla imtahan verərək ali təhsilin ikinci pilləsinə keçib.
Rektor qeyd edib ki, bu il AzMİU-nu bitirənlər arasında 100-ə yaxın xarici məzun var. Universitetdə təhsil 3 dildə aparıldığından builki buraxılışda ingilisdilli qruplarda həm bakalavr, həm də magistr səviyyələrində ümumilikdə 58 tələbə məzun olur.
Professor Gülçöhrə Məmmədova ölkədə təhsil sahəsində aparılan islahatlardan və onların nəticələrindən də bəhs edib. Diqqətə çatdırıb ki, son illər Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsildə də islahatların dərinləşdirilməsi dövrü kimi xarakterizə olunur. Təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir.
Rektor vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycanda elmin və təhsilin inkişafına, onun dünya təhsil sisteminə inteqrasiyasına xüsusi önəm verir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib. Proqram ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsini, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsini əsas hədəf kimi götürüb. Bizim tələbələrimiz də ali təhsil aldıqları müddətdə bu islahatlardan bəhrələniblər. Onlar üçün yaradılan yüksək şəraitdə öz təhsillərini başa vurublar.
“İnanıram ki, məzunlarımız universitetin başını daim uca edəcək, təhsil müddətində qazandıqları bilikləri istehsalatda uğurla tətbiq edəcəklər. Ölkədə gənclər üçün yaradılan imkanlardan, onlara göstərilən qayğıdan düzgün faydalanacaqlar. Universitetin professor və müəllim heyəti adından hər birinizə gələcək həyatınızda, fəaliyyətinizdə uğurlar arzulayıram”, - deyə Gülçöhrə Məmmədova qeyd edib.
Sonra rektor universitetin ictimai işlərində xüsusi fərqlənən tələbələrə diplomlar təqdim edib.
Tədbirdə Bakı şəhərinin baş memarı Akif Abdullayev, AzMİU-nun məzunu, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Meliorasiya və Su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə, “AzVirt” MMC-nin rəhbəri Kamil Əliyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, AzMİU-nun tədris işləri üzrə prorektoru Akif Qasımov, elmi işlər üzrə prorektoru Arif Şərifov məzunlara diplomları təqdim ediblər.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə Memarlıq fakültəsinin bir qrup tələbəsinə rəhbəri olduğu qurumun diplom və hədiyyələrini çatdırıb.
YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov və Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova universitetin ictimai həyatında fərqlənən məzunlara rektorun Fəxri fərmanını və təbrik məktubunu təqdim ediblər.
Tədbirdə çıxış edən Əhməd Əhmədzadə, Dövlətxan Dövlətxanov, Elbay Qasımzadə, Tağı Əhmədov, Təravət Muradova məzunlara xoş arzularını bildiriblər.
Məzunlar universitet rektorluğu və müəllim kollektivi tərəfindən hər zaman qayğı və diqqətlə əhatə olunduqlarını vurğulayıb, ali təhsil müəssisəsinin rəhbərliyinə, professor-müəllim heyətinə öz təşəkkürlərini bildiriblər.
Tədbir bədii hissə ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

