/ / Ümummilli Lider Heydər Əliyevin respublikamızda siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib
Ümummilli Lider Heydər Əliyevin respublikamızda siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib
16.07.2019 [09:45]
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində tədbir keçirilib.
Xidmətin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə DTX-nin rəhbərliyi və əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, DTX-nin Heydər Əliyev adına Akademiyasının professor-müəllim və kursant heyəti iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Əli Nağıyev 14 iyul tarixinin xalqımızın taleyində oynadığı əhəmiyyətli rol barədə danışaraq bildirib ki, bu tarixin mühüm hadisələri, çətin və qürurverici anları, ən böyük sınaqları, uğurları və qələbələri görkəmli siyasi xadim Heydər Əliyevin və Onun yolunu, ideyalarını ardıcıl davam etdirən, uğurla gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin çox gənc yaşlarından dövlət hakimiyyətinin mühüm strukturlarından birində - təhlükəsizlik orqanında xidmətə başlaması, burada çalışdığı uzun illər ərzində yüksək peşəkarlığa və təşkilatçılıq bacarığına yiyələnməsi dahi rəhbərin ömür yolunu müəyyənləşdirən başlıca amil idi.
General-leytenant Əli Nağıyev diqqətə çatdırıb ki, dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xalqın, hər bir vətəndaşın maraqlarının və təhlükəsizliyinin etibarlı təmin olunması, insanların sosial-maddi rifahının artırılması, milli-mənəvi və mədəni irsin qorunması və təbliği, ümumən respublikanın durmadan tərəqqisi və daha da qüdrətlənməsi naminə misilsiz xidmətləri xalqımız tərəfindən hədsiz rəğbətlə qarşılanır, dünyada yüksək qiymətləndirilir. Xidmət rəisi xüsusi vurğulayıb ki, Dövlət Təhlükəsizliyi Xidmətində Heydər Əliyevin xalqa məhəbbət və Vətənə sədaqətlə xidmət ənənələri daim yaşayır və uğurla davam etdirilir.
Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları Birliyinin sədri Şamil Süleymanov çıxışında vaxtilə Ulu Öndərin rəhbərliyi altında təhlükəsizlik orqanlarında xidmət etdiyi illəri ehtiramla anıb, xatirələrini bölüşüb. O bildirib ki, böyük düha sahibi Heydər Əliyev xalqımızı və dövlətimizi zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq respublikanın ictimai, siyasi, iqtisadi və mədəni-mənəvi intibahının banisi kimi milli yaddaşda, milyonların qəlbində əbədi liderə çevrilib.
Akademiyanın kursantı, Heydər Əliyev təqaüdçüsü Ş.İbrahimli məruzəsində Ulu Öndərin gənclərə hərtərəfli diqqət və qayğısından bəhs edib. Qeyd olunub ki, Ümummilli Lider tərəfindən yaradılan bu xüsusi təyinatlı ali təhsil müəssisəsinin kursantları Heydər Əliyev irsinə və amallarına daim sadiq olacaq, Vətənin müstəqilliyini və suverenliyini göz bəbəyi kimi qoruyacaq, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə dövlətimizin etibarlı təhlükəsizliyi naminə elmin və peşəkarlığın sirlərinin dərindən mənimsənilməsi üçün səylərini əsirgəməyəcəklər.
Sonra tədbir Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən hazırlanan, vətənpərvərliyi və dövlətçiliyi tərənnüm edən bədii proqramla davam edib.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43

