Bakı Şəhər İcra Hakimiyyəti: Yeni layihənin ilkin nəticələri uğurlu alınıb
23.07.2019 [09:32]
İyulun 10-dan etibarən paytaxtın Nərimanov rayonunda Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrasına başlanılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırlıq və sakinlərlə maarifləndirmə işlərinin yüksək səviyyədə aparılması nəticəsində keçən müddət ərzində xeyli irəliləyiş əldə olunub. Maarifləndirici tədbirlər, evlərə paylanan broşürlər, bloklara yapışdırılan elanlar, həyətlərdə, məhəllələrdə keçirilən görüşlər öz bəhrəsini verməkdədir. Meydançalara lazımi miqdarda konteynerlər yerləşdirilib, həyət və məhəllələrə cavabdehlər təyin edilib, könüllülər gündəlik izahetmə işləri aparırlar. Sanitar-gigiyena tələblərinə uyğun mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir.
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən yaradılan Monitorinq Mərkəzində Bakıya ezam olunmuş Mott MacDonald şirkətinın nümayəndəsi - tullantı menecmenti məsləhətçisi Artur Guasti ictimaiyyət və mətbuat nümayəndələrinə konsepsiya çərçivəsində indiyədək görülən və nəzərdə tutulan işlər barədə məlumat verib. O deyib: “Tullantıların kompozisiyasının araşdırılmasının təkrarlanması əldə edilən təkrar emal tullantılarının nisbətinin dəqiq öyrənilməsidir. Kompozisiya araşdırılmasının təkrarlanması hər dəfə nəticələrin dəqiqləşdirilməsi üçündür və hər 2-3 aydan bir təkrarlanması nəzərdə tutulub. Burada əsas məqsəd hansı materialların uğurlu, hansının isə uğursuz toplanması, nələri az, nələri isə çox əldə edə bildiyimizi öyrənməkdir. Hər gün konteynerlər yoxlanılır, onların yerləşmə strukturu müzakirə olunaraq optimal variant tapılır, ümumi planda dəyişiklik edilərək mövcud vəziyyətə uyğunlaşdırılır. Layihənin icrasının birinci həftəsinin nəticələri uğurludur. Kiçik, çox da vacib olmayan problemlər var, onlar qaçılmazdır. Onlar operativ şəkildə aradan qaldırılır. Hər gün yığılan tullantıların tərkibi və çəkiləri araşdırılır, məlumat bazasına əlavə edilir. Hər gün “Təmiz şəhər” ASC-də oluruq və nəqliyyatın gətirdiyi tullantılar orada da araşdırılır”.
Mott MacDonald şirkətinın tullantı menecmenti məsləhətçisi Artur Guasti bildirib ki, bir sıra ölkələrdə, o cümlədən Rusiya və Türkiyədə buna nail oluna bilinməyib. Lakin sürətlə inkişaf edən Azərbaycanda bu layihənin tətbiqinə nail olacağıq. Birinci həftə ərzində görülən işlərin araşdırılması bunu deməyə əsas verir. Bununla bağlı layihənin həyata keçirilməsində iştirak edənlərə və ilk növbədə, Nərimanov sakinlərinə öz minnətdarlığımızı bildiririk.
Xəbər lenti
Hamısına baxSiyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20

