/ / Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi üzrə ilkin qiymətləndirmə missiyası ilə görüş olub
Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi üzrə ilkin qiymətləndirmə missiyası ilə görüş olub
25.07.2019 [09:28]
Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsinə, işsizlərin özünüməşğulluğa cəlb edilərək onların formal əmək bazarına və məhsuldar məşğulluğa çıxış imkanlarının yaradılmasına dəstək verəcək.
AZƏRTAC xəbər verir ki, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi üzrə ilkin qiymətləndirmə missiyası ilə keçirilən görüşdə bildirilib.
Nazirlikdən verilən məlumata görə, nazir Sahil Babayev Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biri kimi, ölkəmizdə əhalinin səmərəli məşğulluq imkanlarının artırılması üçün aparılan işləri diqqətə çatdırıb. O, dövlət başçısının tapşırığı ilə icra olunan özünüməşğulluq proqramının bu sahədə, xüsusilə həssas qruplardan olan vətəndaşların kiçik biznesə çıxışına imkan yaradılmasında mühüm əhəmiyyət kəsb etdiyini, proqramın ildən-ilə genişləndirildiyini bildirib.
Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığından bəhs edən nazir “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsinin bu əməkdaşlığın daha bir vacib sahədə davam etməsinə şərait yaratdığını deyib. S.Babayev özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsində, eyni zamanda, müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsində, nazirliyin nəzdindəki peşə təlim mərkəzlərinin potensialının gücləndirilməsində və digər istiqamətlərdə bu layihənin göstərəcəyi dəstəyin əhəmiyyətini vurğulayıb.
Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi üzrə ilkin qiymətləndirmə missiyasının rəhbəri, aparıcı iqtisadçı Sandor Karaçoni layihənin icrası üçün hazırlıq işlərindən bəhs edib.
Layihə əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsi, işsizlərin özünüməşğulluq proqramında iştirak imkanlarının müəyyənləşdirilməsi, iştirak imkanları olanlar üçün isə təlim proqramlarının hazırlanması və təlimlərin təşkili, uğurlu biznes ideyalarına malik olanların aktivlərlə təminatı, proqram iştirakçılarının fəaliyyətinin dövri monitorinqi və s. istiqamətlərdə öz dəstəyini göstərəcək.
Görüşdə layihə üzrə ilkin qiymətləndirmə, onun mərhələləri üzrə görüləcək işlər, bu sahədə idarəetmə məsələləri, layihəyə hazırlıq işləri və s. müzakirə olunub.
Xəbər lenti
Hamısına baxSosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31

