Gəncədə “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib
28.08.2019 [09:24]
Avqustun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə DQİDK, Gəncə şəhər və Daşkəsən rayon icra hakimiyyətlərinin rəhbər şəxsləri, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin davam və inkişaf etdirdiyi dövlət-din münasibətlərinin əsas prinsiplərindən biri milli-mənəvi dəyərlərin qorunub saxlanılmasıdır. Bu istiqamətdə həyata keçirilən dini maarifləndirmə tədbirlərinin əhəmiyyətini yüksək qiymətləndirən N.Bayramov ənənəvi İslam dəyərlərinin öyrənilməsinin və düzgün təbliğ olunmasının vacibliyinə toxunub.
DQİDK sədri Mübariz Qurbanlı çıxış edərək bildirib ki, milli-mənəvi dəyərlərin qorunması, tolerant, multikultural ənənələrin təbliği və təşviqi Dövlət Komitəsinin dini maarifləndirmə sahəsində gördüyü işlərin əsas istiqamətlərini təşkil edir. Azərbaycanda bu ənənələrin inkişafı və möhkəmlənməsi üçün əlverişli şərait var və Dövlət Komitəsi də bundan istifadə edərək milli dəyərlərimizin təbliği istiqamətində var gücü ilə çalışır.
“Bu gün qarşımızda duran əsas məsələlərdən biri dini radikalizmə, xurafat elementlərinə qarşı mübarizədir”, - deyən Komitə sədri qeyd edib ki, din adı altında İslamı gözdən salmağa cəhd edən qrupların, dairələrin bu gün Yaxın Şərqdə “fəaliyyəti”nin mənfi nəticələri görünür. Mənəvi dəyərlərimizin tərkib hissəsi olan İslamın yad təsirlərdən qorunmasının vacibliyinə toxunan M.Qurbanlı Dövlət Komitəsinin apardığı maarifləndirmə işi, qabaqlayıcı tədbirlər, o cümlədən DQİDK-nın Qafqaz Müsəlmanları İdarəsi, yerli icra strukturları və digər qurumlarla birgə səmərəli fəaliyyətinə diqqət çəkib.
Komitə sədri, eyni zamanda, Məhərrəm ayında keçiriləcək dini mərasimlər zamanı qanunvericiliyin tələblərinə və Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasında qeyd olunan tövsiyələrə əməl olunmasının vacibliyini vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Gəncə şəhəri “İmamzadə ziyarətgah” məscidi dini icmasının sədri Tahir Abbasov dinə dövlət qayğısından danışıb. Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamağın əhəmiyyətini diqqətə çatdıran din xadimi Aşura mərasimlərinin Qafqaz Müsəlmanları İdarəsinin fətvasında irəli sürülən tövsiyələrə riayət olunmaqla keçirilməsinin zəruriliyinə toxunub.
Seminar-müşavirə müzakirələrlə işini yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxAnalitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15

