Ölkəmizdəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib
31.08.2019 [09:55]
Avqustun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun iştirakı ilə ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, müşavirəni açan DQİDK sədri Mübariz Qurbanlı respublikada dövlət səviyyəsində milli-mənəvi dəyərlərimizin qorunması, din siyasətinin həyata keçirilməsi, dövlət-din münasibətlərinin formalaşması və inkişafı istiqamətində görülən işlər, mövcud dini durum, eyni zamanda, müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verib.
Sentyabrın 1-nə təsadüf edən Məhərrəm ayında bütün mərasimlərin qanunvericilik çərçivəsində təşkilinə, Azərbaycan xalqının, İslam dininin yüksək mədəni normalarına uyğun keçirilməsinin vacibliyinə də toxunan komitə sədri bu istiqamətdə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə birlikdə əvvəlcədən maarifləndirmə məqsədilə hazırlıq işlərinin həyata keçirildiyini, komitə tərəfindən tədbirlər planının hazırlandığını bildirib. Müvafiq tədbirlər planına əsasən Bakı şəhəri də daxil olmaqla respublikanın müxtəlif bölgələrində maarifləndirici tədbirlərin, görüşlərin keçirildiyini nəzərə çatdıran Mübariz Qurbanlı qeyd edib ki, əsas məqsəd bu mərasimlərin bütün məscidlərdə qanunun tələblərinə və QMİ-nin fətvasına uyğun şəkildə yerinə yetirilməsidir.
Daha sonra DQİDK-nın bölgə şöbə müdirləri regionlardakı dini durum, din adı altında qanunvericiliyə və milli maraqlara zidd təbliğatın aparılmasının qarşısının alınması istiqamətində aidiyyəti qurumlarla birgə görülmüş profilaktik işlər, o cümlədən təziyə məclislərinin məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunması, İslam qaydalarına uyğun formada həyata keçirilməsi ilə bağlı atılan qabaqlayıcı addımlar barədə danışıblar.
Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov dini mərasimlərin mahiyyətinə uyğun, xurafat elementlərindən uzaq təşkil edilməsinin vacibliyinə diqqət çəkib. Şöbə müdiri Məhərrəm ayı zamanı Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə talassemiya və hemofiliya xəstələri üçün keçirilən ənənəvi qanvermə aksiyasının xüsusi önəm daşıdığını vurğulayıb. E.Nəcəfov təziyə mərasimlərində Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ müharibəsi zamanı şəhid olan soydaşlarımızın da xatirəsinin anılmasının zəruriliyini qeyd edib.
Sonda müzakirə olunan məsələlərlə bağlı şöbə müdirlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.
Xəbər lenti
Hamısına baxSosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31

