Sumqayıtda “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib
05.09.2019 [09:13]
Sentyabr ayının 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.
DQİDK-dan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə DQİDK və Sumqayıt ŞİH-in rəhbər şəxsləri, dini icma sədrləri, din xadimləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seminar-müşavirəni giriş sözü ilə açan Sumqayıt ŞİH başçısının birinci müavini Teymur Səmədov əvvəlcə şəhərdəki dini vəziyyət barədə məlumat verib. O bildirib ki, milli-mənəvi və dini dəyərlərimizin təbliği dövlətimizin siyasətində mühüm istiqamətlərdən biridir. Ölkəmiz multikultural, tolerantlıq nümunəsi olmaqla yanaşı, adət-ənənələrimizin qorunub saxlanılmasına böyük önəm verir, xalqımızın söykəndiyi bu dəyərlər Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasını təşkil edir. İslam dininə aid mərasimlərin keçirilməsinə xüsusi önəm verildiyini vurğulayan T.Səmədov Məhərrəm ayı ərəfəsində, eləcə də Aşura günündə keçiriləcək əzadarlıq məclisləri və mərasimlərinin təşkilatçılığı üçün qərargah yaradıldığını bildirib.
Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov bu cür tədbirlərin keçirilməsində əsas məqsədin cəmiyyətin dinlə bağlı düzgün məlumatlandırılması olduğunu deyib. O bildirib ki, əvvəlki illərdən fərqli olaraq zaman keçdikcə vətəndaşlarımız Məhərrəm ayı, Aşura mərasimi ilə bağlı daha obyektiv məlumat almaq imkanları əldə edirlər. Getdikcə xurafat halları azalmaqdadır. Əvvəlki illərdən fərqli olaraq, əvvəlcədən aparılmış maarifləndirmə işləri nəticəsində başyarma, qançıxarma və zəncirvurma kimi xoşagəlməz halların azaldığının müşahidə edildiyini deyən komitə rəsmisi buna mütəmadi olaraq maarifləndirmə tədbirlərinin aparılması nəticəsində nail olunduğunu bildirib.
G.İsmayılov Aşura mərasimlərində hər hansı siyasi çıxışların olmamasının, bu mərasimlərin siyasi alət kimi istifadə edilməməsinin və dinimizin sırf mənəvi-ruhi nöqteyi-nəzərdən təbliğ edilməsinin vacibliyinə toxunub, Aşura mərasimlərində Qafqaz Müsəlmanları İdarəsinin fətvasına, orada qeyd olunan tövsiyələrə əməl edilməsinin önəmindən bəhs edib.
Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Rauf Sərdarov dövlətin dinə dəstəyindən danışıb. O bildirib ki, bu gün ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir və Prezident İlham Əliyevin qayğısı sayəsində Azərbaycanda yeni məscidlər tikilir, dini abidələrimiz bərpa olunur, dindarlara dövlət tərəfindən xüsusi qayğı göstərilir.
Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini Hikmət Qasımov və Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər idarəsinin nümayəndəsi Natiq Səmədov çıxış edərək dini ekstremizm və radikalizmə qarşı mübarizənin hüquqi əsasları haqqında danışıblar.
Seminar-müşavirə öz işini müzakirələrlə yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxSosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31

