“Clarivate Analytics” şirkəti BDU-da növbəti seminar-treninqlər keçirəcək
06.09.2019 [08:50]
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “Clarivate Analytics” (keçmiş Thomson Reuters) şirkətinin təhsil proqramları üzrə direktoru Valentin Boqorov və qurumun Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə ilə görüşüb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə alim və tədqiqatçıları maarifləndirmək məqsədilə BDU-da “Clarivate Analytics” şirkəti tərəfindən qarşıdan gələn aylarda növbəti seminar-treninqlərin təşkili, nəzəri və praktik formatda keçiriləcək təlimlərdə “Web Of Science” informasiya bazasının imkanlarından istifadə metodları və indekslənən beynəlxalq jurnallarda məqalələr üçün qoyulan tələblər haqqında müzakirələr aparılıb.
Rektor Elçin Babayev treninqlərdə “Web Of Science” platformasında axtarışın səmərəli aparılması, ən nüfuzlu jurnalların və yüksək istinadlı məqalələrin axtarılıb tapılması kimi məsələlərin tədqiqatçılar üçün faydalı olacağını bildirib.
“Clarivate Analytics” şirkətinin nümayəndələri Valentin Boqorov və Aygün Babazadə “Web Of Science” platformasına daxil olan jurnallarda dərc olunacaq məqalələrin təqdimetmə qaydaları ilə bağlı maarifləndirmə işlərinin aparılması baxımından seminarların əhəmiyyətini qeyd ediblər.
Eyni zamanda, universitetdə nəşr olunan elmi jurnalların fəaliyyətinin optimallaşdırıması və təyinatı üzrə kateqoriyalara bölünməsi, idarəetmə və təhliletmə aləti olan “İnCites” sistemindən istifadə imkanları, gələcəkdə magistratura səviyyəsində elmmetrika üzrə xüsusi ixtisaslaşmanın tədrisi, universitetdə elektron modulların tədris kurslarının tətbiqi istiqamətində də müzakirələr aparılıb.
Xatırladaq ki, ötən il “Web Of Science” bazasına daxil olan nəşrlərdə BDU alimləri tərəfindən 341 məqalə dərc etdirilib və bu məqalələrə 1735 dəfə (yalnız 2018-ci ildə dərc etdirilmiş öz-özünə (self-citation) istinadı çıxmaq şərti ilə 247 dəfə) istinad olunub. Ümumiyyətlə, 1975-ci ildən başlayaraq “Web Of Science” bazasına daxil olan nəşrlərdə universitet alimləri tərəfindən 2725 məqalə dərc etdirilib və bu məqalələrə 9499 dəfə istinad olunub.
Xəbər lenti
Hamısına baxElm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31

